Accessibility links

ÜST-ün sədri: "Vaksinlərin qeyri-bərabər şəkildə paylanması insanlığın iflasıdır”


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri deyir ki, COVID-19-a yoluxma hallarındakı artım vaksinlərin qeyri-bərabər paylanmasının nəticəsidir.

Afrikada Birinci Beynəlxalq İctimai Sağlamlıq Konfransında çıxış edən ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, ilk COVID vaksinləri tətbiq olunmağa başlayandan bəri artıq bir ildən çox vaxt keçib.

O bildirib ki, “Bir il öncə biz vaksinlərin bizim hamımıza pandemiyanın uzun, qaranlıq tunelindən çıxmağa yardım edəcəyinə ümid bəsləyirdik. Amma əvəzinə pandemiyanın üçüncü ilinə girdiyimiz bir vaxt, ölüm halları üç qat artıb, dünya isə hələ də çətin vəziyyətdədir. COVID-19 5 milyondan çox insanı öldürüb. Və bunlar hələ qeydə alınanlardır.”

Tedroa virtual konfrans zamanı bildirib ki, bir deyil, bir neçə vaksinin sürətli şəkildə inkişaf etdirilməsi elmin triumfudur. Ancaq o deyib ki, “vaksinlərin qeyri-bərabər şəkildə paylanması insanlığın iflasıdır.”

ÜST-ün sədri bildirib ki, dünya boyu 8.5 milyard doza vaksin vurulsa da, Afrikada əhalinin yalnız 8 faizi peyvənd olunub.

“Biz tez-tez deyirdik ki, vaksin bərabərsizliyi davam etdikcə, virus heç kəsin qarşısını ala bilmədiyi və ya təxmin etmədiyi sürətdə yayılmağa və mutasiya etməyə davam edəcək. Və indi də qarşımızda omikron var,” o deyib.

Tedros qeyd edib ki, buna baxmayaraq, vaksin paylama proqramları “sürətlənir.” O deyib ki, “COVAX son 10 həftədə ilin ilk doqquz ayı ilə müqayisədə daha çox vaksin göndərib.”

XS
SM
MD
LG