Accessibility links

ÜST 2019-cu ilin dekabrından əvvəl Vuhanda COVID-19-un yayılmasına aid dəlil tapmayıb


Çində COVID-19-un mənşəyini araşdıran beynəlxalq mütəxəssislərdən ibarət qrupun rəhbəri 2019-cu ilin dekabrında Vuhan şəhərində aşkar edilməzdən əvvəl xəstəliyin geniş yayılmasına dair heç bir dəlil görmədiklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Peter Ben Embarek çərşənbə axşamı Vuhan şəhərində verdiyi açıqlamada onun komandasının gəldiyi nəticələrin COVID-19-un yarasalardan qaynaqlandığını göstərdiyini, lakin yarasaların Vuhanda olmasının mümkün olmadığının ehtimal edildiyini bildirib.

Komanda əvvəlcə epidemiyanın mərkəzi olduğu düşünülən şəhərin Huanan dəniz məhsulları bazarını, Vuhan Virusologiya İnstitutunu və Vuhan Xəstəliklərə Nəzarət Mərkəzi də daxil olmaqla dövlət müəssisələrindəki laboratoriyaları ziyarət edib.

Embarek mətbuat konfransında virusun laboratoriyadan sızmasının böyük ehtimalla baş vermədiyini və komandasının bundan sonra bunu araşdırmayacağını qeyd edib.

Embarek virusa yoluxmanın ən çox ehtimal edilən yolunun vasitəçi növdən insanlara keçid olduğunu və bunun "çox qarışıq ola biləcəyini" bildirib. O, COVID-19-un dondurulmuş məhsulların ticarəti yolu ilə yoluxması fikrinin də mümkün olduğunu açıqlayıb.

Çinin Səhiyyə Komissiyasının mütəxəssisi Lyan Vannyan brifinqdə jurnalistlərə yeni növ koronavirusun Vuhanda rəsmi olaraq aşkar olmasından əvvəl digər bölgələrdə yayılma ehtimalı ola bildiyini qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında 106 milyondan çox insanın yoluxması və 2,3 milyondan çox insanın ölümü ilə nəticələnən virusun mənbəyini tapmaq üçün Embarek və 10 nəfərlik komandasını Vuhana göndərmişdi.

Bazar ertəsi ÜST koronavirusa qarşı peyvəndlərin yeni variantlardan kifayət qədər qoruya bilməyəcəyi ilə bağlı yayılan yeni xəbərlərdən narahatlığını bildirib.

XS
SM
MD
LG