Accessibility links

ÜST: Afrikada COVID-19-a yoluxma və ölüm halları sürətlə artır


Cənubi Afrikada insanlar marketdə alış-veriş etmək üçün növbədə gözləyir
Cənubi Afrikada insanlar marketdə alış-veriş etmək üçün növbədə gözləyir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü Afrikada COVID-19-a yoluxma hallarının 51, ölüm hallarının isə 60 faiz artdığını bildirib.

Cenevrədə keçirilən konfransda çıxış edən ÜST-nın baş direktoru Tedros Adhanom Gebreyesus deyib ki, əgər testlər adekvat aparılsa, bu rəqəmlər daha da yüksək ola bilər.

Cümə gününə olan rəsmi məlumatlara görə, Əlcəzair Afrikada 360 ölüm halı ilə ən çox ölüm faktlarının qeydə alındığı ölkədir. İkinci yerdə. 200-dən çox ölüm halı ilə Misir gəlir. Mərakeşdə 135, Cənubi Afrikada isə 50 ölüm halı qeydə alıınıb.

Afrika ölkələri virus dekabr ayında Çində üzə çıxandan bəri xəstəliyə ümumilikdə 19,334 nəfərin yoluxduğunu təsdiqləyib.

Afrikanın indiyədək digər regionlara müqayisədə COVID-19-un daha az təsirinə məruz qalmasına baxmayaraq, səhiyyə rəsmiləri vəziyyətin pisləşdiyindən narahatdır.

Tedros həmçinin dünya boyu təzə ət, balıq və digər məhsulların satıldığı açıq hava bazarlarının yenidən açılması məsələsinə toxunub.

Bazarlar dünya boyu milyonlarla insanlar üçün əlverişli ərzaq və gəlir mənbəyidir. Lakin bir çox yerdə onlar pis idarə olunur. ÜST-ün mövqeyi budur ki, bu bazarların yenidən açılmasına icazə veriləndə, onlara ciddi ərzaq təhlükəsizliyi və gigiyena standarına riayət etməli olduqları şərti irəli sürülməlidir.

COVID-19-un necə yarandığı hələ təsdiq olunmasa da, bəzi alimlər virusun insanlara Çinin Uhan şəhərindəki ət bazarındakı heyvanlardan keçdiyini güman edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG