Accessibility links

ÜST: Keçən il indiki vaxtla müqayisədə Avropada COVID-dən daha çox insan ölüb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru qitədə COVID-19-la bağlı vəziyyətin bir addım geri getdiyini, keçən ilin bu vaxtı ilə müqayisədə xəstəlikdən daha çox insanın öldüyünü bildirib.

Kopenhagendəki ofisindən virtual brifinq zamanı Hans Kluqe jurnalistlərə deyib ki, onu xüsusilə xəstəxanalara yerləşdirilmə və ölüm hallarının hazırda dünyada ən yüksək olduğu Baltikyanı ölkələr, Mərkəzi Avropa və Balkanlar narahat edir.

Kluqe Avropada həftədə COVID-19-dan 20000-dən çox ölüm halının olduğunu və ümumi ölüm sayının 900000 keçdiyini deyib. O, üçüncü həftədir ardıcıl yoluxmaların sayının artdığını, keçən həftə Avropada 1,2 milyondan çox yeni yoluxma halının qeydə alındığını bildirib.

ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe
ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe

Kluqe regiondakı 46 ölkənin 107 milyondan çox vətəndaşına bir dozada koronavirus peyvəndi tətbiq edildiyini, 45 ölkədə əhalinin 3%-nin peyvənd dozalarını tamamlandığını deyib. Onun sözlərinə görə, bu, bir irəliləmə olsa da, virusun yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almaq üçün kifayət deyil.

O, Avropanın 21 ölkəsinin peyvəndlərin vəziyyəti dərhal yaxşılaşdırılacağını düşünərək, COVID-19 məhdudiyyətləri tədricən qaldırdığını deyib. "Bu cür fərziyyələr irəli sürmək hələ çox tezdir" - deyə, Kluqe bildirib.

Kluqe bir çox ölkənin qan laxtalanmasına səbəb olduğunu deyərək, istifadəsini dayandırdığı mübahisəli AstraZeneca peyvəndindən də danışıb. Çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərindən peyvəndin faydalarının risklərindən daha çox olduğunu və ondan istifadə edilməli olduğu ifadəsini təkrarlayıb.

XS
SM
MD
LG