Accessibility links

ÜST: Avropada COVID 19-dan ölənlərin 95 faizdən çoxunun yaşı 60-dan yuxarı olub


Ümumdünya Səhiyyə Təşkilatının Avropadakı nümayəndəliyinin rəhbəri bildirir ki, qitədə koronavirusdan ölənlərin 95%-dən çoxunun yaşı 60-dan yuxarıdır.

Lakin Dr. Hans Kluç yaşın ağır xəstəlik üçün yeganə risk faktoru olmadığını bildirib - "COVID-19-un yalnız yaşlı insanlara təsir edəcəyi anlayışı əslində səhvdir."

Cümə axşamı Kopenhagendə onlayn mətbuat konfransında Kluç ÜST-ün Baş Direktoru Tedros Adhanomun oxşar şərhlərini təkrarlayaraq deyib ki, "gənclər yenilməz deyil".

Digər tərəfdən BMT-nin səhiyyə agentliyi bildirir ki, inkefsiyaya yoluxmuş və yaşı 50-dən aşağı olan şəxslərin 10-15 faizində xəstəlik orta və ya ağır formada keçir.

"20 yaşlarında olan və xəstəliyi ağır formada keçirən şəxslərin əksəriyyətinin reanimasiyaya ehtiyacı olub və bəziləri təəssüf ki, dünyasını dəyişib" - deyə, Kluç bildirb. O həmçinin əlavə edib ki, hazırkı statistikalara əsasən Avropada COVID-19-dan 30 098 insan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti İtaliya, Fransa və İspaniya sakinləridir.

Kluç dünyasını dəyişənlərin ən az beş nəfərin dördündə ürək-damar xəstəliyi, yüksək qan təziqi və ya diabet kimi xroniki xəstəliklər olduğunu bildirib.

"Bunlarla yanaşı xoş xəbər də var. Belə ki, verilən məlumatlarda əsasən yaşı 100-dən yuxarı olan və COVID 19 diqanozu ilə gələn xəstələrin tamamilə sağaldıqları bildirilir" - deyə, Kluç bildirb.

XS
SM
MD
LG