Accessibility links

ÜST: Avropada koronavirusdan ölüm hallarının "yarısına qədəri" qocalar evlərində olub


Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin rəhbəri bölgədə koronavirusdan ölüm hallarının demək olar ki, yarısının qocalar evlərində olduğunu bildirib və bunun "ağlasığmaz bir faciə" olduğunu deyib.

Cümə axşamı keçirilən mətbuat brifinqində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Dr. Hans Kluge COVID-19-un laqeydliyin mövcud olduğu qocalar evlərinə təsiri "dərin narahatlığa" səbəb olduğunu deyib. Kluge bu cür müəssisələrdə çalışan işçilərin həddən artıq çox işlədiklərini, maaşlarının az olduğunu deyib və onları pandemiyanın "tərənnüm edilməmiş qəhrəmanları" adlandırıb. O, bu işçilərin daha çox qoruyucu ləvazimatlarla təmin edilməsinə və onlara dəstək verilməsinə çağırıb.

Kluge bəzi Avropa ölkələrində koronavirusa yoluxma hallarının sabitləşməsinə və ya azalmasına baxmayaraq, pandemiyanın hələ davam etdiyini deyib.

Klug həmçinin COVID-19-a qlobal yoluxma və ölüm hallarının yarısının Avropada olduğunu və son bir həftə ərzində Rusiya, Türkiyə və Ukrayna daxil olmaqla şərqdə artdığını qeyd edib. O, Ümumdünya Səhiyyə Təşkilatının nəzarət səylərini artırmaq üçün yaxın zamanda Belarus, Türkmənistan və Tacikistana komandalar göndərəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG