Accessibility links

ÜST: Dərman istehsalçılarının prioriteri gücləndirici dozalar deyil, yoxsul ölkələr üçün vaksin istehsalı olmalıdır


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri deyib ki, bir çox yoxsul ölkədə əhalinin böyük bir hissəsinə vaksinin ilk dozası vurulmadığı halda dərman istehsalçıları zəngin ölkələri üçüncü gücləndirici doza ilə təmin etməyə çalışmamalıdırlar.

ÜST-ün başçısı Tedros Adhanom Qhebreyesus bazar ertəsi Cenevrədə keçirilən mətbut brifinqində deyib ki, prioritet heç bir doza vurulmayan insanlara vaksin tətbiq etmək olmalıdır.

O, dərman istehsalçıları Pfizer və Modernanı “COVAX-ı təmin etməyə” çağırıb.

Pfizer ötən həftə COVID-19 vaksinin üçüncü dozasının gücləndirici doza olaraq istifadəsi üçün ABŞ-dan federal icazə almaq istəyir.

“COVID-19 vaksininin qlobal təchizatı olduqca qeyri-bərabər və ədalətsizdir. Bəzi ölkələr və regionlar başqa ölkələr səhiyyə işçiləri və koronavirus təhlükəsinə ən açıq vətəndaşlarına birinci doza vaksin tətbiq etmək şansı əldə etmədən artıq milyonlarla doza üçüncü vaksin sifariş edirlər,” Tedros deyib.

O deyib ki, bu bərabərsizlik o deməkdir ki, “biz hazırda ehtiyacı olanları qorumaq üçün şüurlu seçimlər etmirik”.

ÜST bildirib ki, vaksinlərin 70 faizindən çoxu sadəcə 10 ölkədə tətbiq olunub.

Pfizer bazar ertəsi ABŞ-ın səhiyyə rəsmiləri ilə görüşərək gücləndiri dozalarla bağlı müraicətini müzakirə etdiyini bildirib. Şirkət bu dozanın immun sistemi gücləndirib, insanları koronavirusun daha yoluxucu variantlarına qarşı qoruyacağını bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi və Ərzaq və Dərman Administrasiyası cümə günü bildirib ki, onlar amerikalıların hələ ki, üçüncü dozaya ehtiyaclarının olduğunu düşünmürlər.

Prezident Co Baydenin baş tibbi məsləhətçisi Dr. Antoni Fauçi gücləndirici dozalara ehtiyacın ola biləcəyini etiraf etsə də, bazar günü deyib ki, hökumətin insanlara üçüncü doza vaksin vurmalarını tövsiyə etməsi üçün hələ çox tezdir. ABŞ əhalisinin demək olar yarısına tam vaksin vurulub.

Bununla yanaşı, bazar ertəsi Britaniyanın Baş naziri Boris Conson İngiltərədə bütün məhdudiyyətlərin bir həftə sonra tamamilə qaldırılacağını bildirib, baxmayaraq ki, ölkədə koronavirusun delta ştammı ilə əlaqədar yoluxma halları artmağa başlayıb.

İndozeniyada bazar ertəsi COVID-19 rekord 40 427 yoluxma qeydə alınıb. Ölkədə ilk Hindistanda üzə çıxan delta variantına yoluxmalar artmaqda davam edir.

Hindistanın Səhiyyə Nazirliyi bazar ertəsi ölkədə COVID-19-a yeni yoluma hallarının son 24 saat ərzində 40 mindən aşağı düşdüyünü bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirib ki, bazar ertəsinə olan məlumta görə, dünya boyu koronavirusa 187 milyon yoluxma, 4 milyondan çox ölüm halı qeydə alınıb. ABŞ 33.9 milyon yoluxma ilə birinci, Hindistan isə 30.9 yoluxma ilə ikinci yerdə gəlir. Cons Hopkins bütün dünyada 3.5 milyard vaksinin tətbiq olunduğunu xəbər verir.

XS
SM
MD
LG