Accessibility links

ÜST: Koronavirus pandemiyasının yeni episentri Avropadır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, koronavirus pandemiyasının yeni episentri artıq Çin deyil, Avropadır.

ÜST-ın sədri Tedros Adhanim Ghebreyesus cümə günü Cenevrədə müxbirlərə deyib ki, Avropada artıq Çində epidemiyanın ən pik vaxtında hər gün qeydə alınan yeni yoluxma hallarından daha çox yoluxma hadisəsi qeydə alınıb.

İtaliya rəsmiləri cümə günü bildirib ki, son 24 saat ərzində 2500 yeni yoluxma halı qeydə alınıb və bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 17660-a, ölənlərin sayı isə 1266-a çatıb.

İspaniya infeskiyanın yayılmasının qarısını almaq məqsədilə iki həftəlik fövqəladə vəziyyət elan edib. Ölkənin səhiyyə rəsmiləri şənbə günü bildirib ki, koronavirusa yoluxanların sayı 5700-ü keçib və son 24 saat ərazində 1500 yoluxma hadisəsi baş verib.

Barselonada manekenə maska taxılıb
Barselonada manekenə maska taxılıb

İspaniya rəsmiləri həmçinin ölkə boyu karantin tədbirləri elan edib.

Danimarka və Polşa şənbə günü sərhədlərini xarici səyahətçilərə bağlayıb, Rusiya isə bazar günü Norveç və Polşa ilə sərhədlərini bağlayacağını bildirib.

Bundan əlavə cümə günü Almaniyada da koronavirusa yoluxma və ölüm halları artıb. Birləşmiş Ştatlar prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edib.

Tramp Ağ Evin önündə keçirilən mətbuat konfransında bildirib ki, bununla o, ştatlara pandemiyaya qarşı mübarizə məqsədilə 50 milyard dollar federal yardım ayıracaq.

Tramp həmçinin deyib ki, ABŞ höküməti virusu müəyyən edən test imkanlarını artırmaq üçün özəl sektorla əməkdaşlıq edəcək. Birləşmiş Ştatlar koronavirus testlərini istifadəyə verməkdə ləngidiyi üçün tənqidlərə məruz qalıb.

Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları 1920-ə, ölüm hadisələri isə 41-ə çatıb.

Dünya boyu 145000-dən çox insan COVID-19-a yoluxub. Yoluxma hallarının əksəriyyəti Çində qeydə alınıb və orada virus səbəbilə 3000-dən çox insan ölüb, 62 mindən çox insan isə sağalıb. Koronavirusa yoluxma hallarının 60 faizindən çoxu Çində qeydə alınsa da, cümə günü orada yalnız səkkiz yeni yoluxma hadisəsi baş verib.

Uhan, Çin
Uhan, Çin

Koronavirus epidemiyası Çinin Hubei vilayətinin Uhan şəhərində başlayıb.

Fransa prezidenti cümə günü dünyanın ən böyük demokratiyalarından ibarət Böyük Yeddilik ölkələrinin liderlərinin bazar ertəsi pandemiya ilə mübarizə səylərini müzakirə etmək üçün video-konfrans təşkil edəcəyini söyləyib.

İran şənbə günü son 24 saat ərzində 1365 yeni yoluxma hallarının olduğunu bildirib və bununla ölkədə virusa yoluxanların ümümi sayı 12729-a çatıb. İranda indiyədək 97 nəfər ölüb.

İran höküməti cümə günü elan edib ki, virusa qarşı mübarizə aparmaq üçün ölkədə yarı-hərbi vəziyyət elan edilə bilər. Dövlət televiziyası təhlükəsizlik qüvvələrinin ölkə boyu səfərbər olunacağını və insanları mağazalar və küçələrdən təmizləyəcəkləri barədə məlumat yayıb.

İranın qlobal səhiyyə üzrə alimi Kəmair Alai Amerikanın Səsinin Fars xidmətinə bildirib ki, o, İranda həqiqi yoluxma hallarının 40 minə yaxın olduğuna inanır.

Şərhlərə bax

XS
SM
MD
LG