Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup mütəxəssisi COVID-19 pandemiyasının daha təhlükəli yollarla inkişafının qarşısını almaq üçün 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin tam peyvənd edilməsinə çağırır.
Peyvənd siyasəti və strategiyası ilə bağlı ÜST-ə tövsiyələr verən SAGE kimi tanınan 15 nəfərlik Strateji Məsləhətçi Ekspertlər Qrupu dörd günlük görüşü başa vurub.
Mütəxəssislərin dediyinə görə, dozalar zəngin ölkələr tərəfindən saxlanmadığı və yoxsul ölkələrlə bərabər şəkildə bölüşdürüldüyü təqdirdə gələn ilin ortalarına qədər hər kəsə vurulacaq kifayət qədər peyvənd mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatının İmmunizasiya peyvəndləri və Bioloji Dərmanlar şöbəsinin müdiri Katrin Obrayen peyvənd dozalarının ehtiyac olan yerlərə təcili olaraq çatdırılmalı olduğunu deyib.
"Bunu etmədikcə yoluxmalar davam edəcək və yoluxmalar davam etdikcə daha çox variantın əmələ gəlməsinə səbəb olacaq. Variantların artması isə immun sisteminin təzyiqinin azalması və əldə edilən nailiyyətlərin çoxunun itirilməsi deməkdir" - deyə, Obrayen bildirib.
Mütəxəssislər immun sistemi orta və ciddi şəkildə zəif olan insanlara COVID-19 peyvəndlərinin tam və ya əlav əüçüncü dozasının vurulmasını tövsiyə edirlər.
Obrayen insanlara üçüncü dozanın ikinci dozadan 1-3 ay sonra vurulmalı olduğunu deyib.
Katrin Obrayen "üçüncü dozanın məqsədi immun çatışmazlığı olan insanları xəstəliyi ağır keçirməməsi, xəstəxanalara yerləşdirilməməsi üçündür və ölümdən qorumaqdır" deyib.
SAGE ekspertləri əlavə dozaların buster dozalarından fərqli və hazırkı pandemiyaya dövründə lazımsız olduğunu deyir. Onlar hələlik vaksinasiyadan keçmiş insanların üçüncü dozasını vurdurmalarından əvvəl peyvəndlənməmiş insanların əlavə dozaları qəbul etməsini tövsiyə edir.
Mütəxəssislər gücləndirici dozaları noyabrın 11-də keçirəcəkləri növbəti görüşdə müzakirə edəcəklərini və bundan sonra əlavə təlimatlar verəcəklərini bildirib.