Accessibility links

ÜST: Btitaniya və Cənubi Afrikada aşkar edilən koronavirus növləri əvvəlkilərdən güclü və ölümcül deyil


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Btitaniya və Cənubi Afrikada tapılan koronavirus növlərini araşdırdığını və onların daha çox yayılmış növlərdən daha ölümcül və ya daha ağır olduğuna dair bir dəlil olmadığını bildirib. Təşkilat insanların bunun üçün də edə biləcəyi ən yaxşı şeyin virusu yaymamağa çalışmaq olduğunu deyib.

Cenevrə qərargahında keçirdiyi müntəzəm brifinq zamanı təşkilatın rəsmiləri koronavirusun yeni variantları haqqında məlumat almaqda davam etdiklərini və Britaniyanın oradakı yeni variantın daha asan ötürülə biləcəyi barədə xəbərlər verdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə bu genetik dəyişikliklərin virusun davranış tərzini necə təsir etdiyini anlamaq üçün elm adamları ilə birlikdə çalışdıqlarını deyib. O bunun yeni bir şey olmadığını vurğulayaraq, “Viruslar zamanla mutasiyaya uğrayır, bu təbii haldır və gözləniləndir” deyib.

Tedrosun dediyinə görə, virusun yayılmasının qarşısı mümkün qədər tez alınmalıdır. "Biz onun yayılmasına nə qədər çox imkan verəriksə, o, bir o qədər çox dəyişəcək" - deyə, Tedros bildirib və bütün hökumətlər və vətəndaşların yayılmanı məhdudlaşdırmaq üçün bütün lazımi tədbirləri görmələri olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatının texniki məsələlər üzrə direktoru Mariya Van Kerxove koronavirusun Cənubi Afrikadakı variantı ilə Britaniyadakı varianıt arasında heç bir əlaqə olmadığını, onların fərqli olduğunu, lakin eyni anda baş qaldırdığını deyib.

Van Kerxove deyib ki, dəyişməyən şey var, o da virusun yayılmasının qarşısını almaq metodları və sosial məsafəni qorumaq.

"Virus bir-biri ilə sıx təmasda olan insanlar arasında yayılır, həmişə olduğu kimi. Ətraflı araşdırmalar hələ də davam edir və dəyişən bir şey olsa biz sizə xəbər verəcəyik. Lakih bilin ki, virus bir-biri ilə sıx təmasda olan insanları sevir" - deyə, Van Kerxove bildirib.

XS
SM
MD
LG