Accessibility links

ÜST ölkələri vaksinin gücləndirici dozasını daha gec tətbiq etməyə çağırır


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri azgəlirli ölkələrin daha çox peyvənd dozası almaları üçün ölkələri gücləndirici peyvəndlərin tətbiqini azı iki ay dayandırmağa çağırıb.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Macarıstanın paytaxtı Budapeştdə olarkən jurnalistlərə verdiyi açıqlamasında üstünlüyün əhalisinin yalnız 1% və ya 2%-nin peyvənd olunduğu ölkələrə verilməli olduğunu deyib.

Tedros "gücləndirici peyvəndlərin ümumiyyətlə təsirli olub-olmadığı ilə bağlı mübahisə var" deyərək, gücləndirici peyvəndlərin faydasını şübhə altına alıb.

Macarıstan Avropa İttifaqında gücləndirici doza təklif edən ilk ölkə oldu və ABŞ və İsrail də daxil olmaqla, əhalisinə üçüncü dozalar etməyə başlayan və ya təklif etməyi planlaşdıran bir çox ölkəyə qoşulub.

Ümumdünya Səhiyyə Təşkiltı keçən həftə bildirib ki, mövcud faktlar COVID-19-un gücləndirici dozasına olan ehtiyaca qarşı şübhə yaradır.

Pfizer peyvəndinin bazar ertəsi federal hökumətin tam təsdiqini elan etməsindən sonra, ABŞ-da daha çox yerli obyekt və təşkilat insanlardan vaksin olunduğunun sübutunu tələb edəcəyini bildirirb.

Luiziana ştatının rəsmiləri dövlət işçilərinə mütləq ya peyvənd vurulacağını, ya da müntəzəm olaraq testlərdən keçəcəyini, ştart universitetləri tələbələr üçün peyvəndin mütləq olacağını bildirib.

Bazar ertəsi Pentaqon Pfizer peyvəndinin tam təsdiq edilməsindən sonra peyvəndin hamıya vurulması təlimat verməyə hazırlaşdığını deyib. Müdafiə Nazirliyi bundan əvvəl Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiq olunduğu təqdirdə sentyabrın ortalarından başlayaraq peyvəndin məcburi olacağını bildirmişdi.

Nyu York şəhərinin rəsmiləri bazar ertəsi müəllimlər də daxil olmaqla, bütün ictimai məktəb işçilərinin peyvənd edilməli olduğunu və həftəlik koronavirus testindən keçmə seçiminin olmayacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG