Accessibility links

ÜST: Miqrantlar Avropaya ekzotik xəstəliklər daşımır


ÜST: Miqrantlar Avropaya ekzotik xəstəliklər daşımır
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Ümumdünya Səhiyyə Təşkilatı Avropaya gələn qaçqınlar və miqrantların infeksion xəstəliklər gətirmədiyini bildirir. Qurum genişmiqyaslı sorğulara əsaslanan hesabatında Avropa hökumətlərini miqrantların tibbi xidmətlərlə təmin edilməsinə çağırır.

İtaliya ötən noyabr ayında Aquarius miqrant gəmisinin xilas edilməsinə göstəriş verərək bildirimişdi ki, miqranlar İİV, meningit və vərəm kimi yoluxucu xəstəliklər daşıya bilər.

Hesabatda deyilir ki, miqrantların sağlamlığı barədə geniş əsatirlər dolaşır.

“Qaçqınlar və miqrantlar özləri ilə heç bir ekzotik xəstəlik gətirmir. Onların xəstəlikləri Avropada olan xəstəliklər ola bilər. Həm də biz bu kimi xəstəliklərdən qorunma proqramlarına malikik” , ÜST-dan doktor Suzanna Yakab bildirir.

Bir çoxlarının dəhşətli vəziyyətlə üzləşməsinə baxmayaraq, təşkilat miqrantların ümumi sağlıq durumunun yaxşı olduğunu bildirir. Lakin onların yollarda xəstələnmə riskinin yüksək olduğu deyilir.

Evlərindən didərgin düşənlərin tibbi müalicə imkanlarına çıxışı olmadığı və pis şəraitdə yaşadıqları üçün infeksiyalara yoluxma riski yüksəkdir.

“Düşünmürəm ki, qeyri-qanuni miqrantların səhiyyə sistemi və ya səhiyyə xidmətlərinə çıxışı olsun. Onlar rəsmilər üçün görünməzdir” , Suzanna Yakab bildirir.

ÜST xəbərdarlıq edir ki, Avropada miqrantlarla bağlı ədavətli debatlar vaxtı miqrantların tibbi ehtiyacları qarşılanmaya bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG