Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı “Dünyanın heç bir ölkəsi pandemiya sona çatmış kimi davrana bilməz”


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri “dünyanın heç bir ölkəsi pandemiyanın sona çatmış kimi görünə bilməz” - deyə, xəbərdarlıq edib.

Bazar ertəsi təşkilatın Cenevrədəki qərargahından virtual brifinq zamanı doktor Tedros Adhanom Gebreyesus jurnalistlərə deyib ki, COVID-19 pandemiyası dövründə iqtisadiyyatlarını açmağı düşünən ölkələr “yoluxmaların qarşısını almaq və həyatları xilas etmək” kimi məsələlərə ciddi yanaşmalıdırlar.

"Ölkələr virusa nə qədər çox nəzarət etsələr, o qədər tez açıla bilərlər. Nəzarət olmadan açılış fəlakət deməkdir" - deyə, doktor Tedros bildirib.

Tedros virusu nəzarətdə saxlamaq üçün bütün ölkələr, şəhərlər və hər bir şəxsə “dörd vacib şey” tövsiyə edib - Stadionlarda və gecə klublarında kürtləvi toplaşmaların qarşısını almaq, ciddi test, təmas və təcridetmə proqramlarını tətbiq etmək. O, həyatları xilas etmək və sağlamlıq sistemlərindəki ağırlığı yüngülləşdirmək üçün yaşlılar da daxil olmaqla, ölkələrin həssas və xəstə insanların və əsas işçilərin qorunması üçün addımlar atmalı olduğunu deyib.

Bütün bunlarla yanaşı doktor Tedros maska taxmağa, sosial məsafəni qorumağa və əlləri tez-tez yumağa çağırıb.

Eyni zamanda, qlobal səhiyyə agentliyi ABŞ-ın Ərzaq və Dərman İdarəsini təhlükəsiz və effektiv vaksin yarışlarında ehtiyatlı olmağa səsləyib. Təşkilat bunu ABŞ-ın Ərzaq və Dərman İdarəsinin rəhbəri Siven Hanın insanlar üzərində vaksinlərin araşdırılmasından əvvəl onlardan istifadəni nəzərdən keçirəcəyini bildirməsinə cavab olaraq bildirib.

Dünya İqtisadiyyat Forumunun Ipsos şirkəti tərəfindən aparılan rəy sorğularına görə, dünyadakı yetkin insanların təxminən 74 faizi koronavirus peyvəndi mövcud olarsa, alacaqlarını bildirib.

Sorğuda iştirak edən 27 ölkədən 20 min insan arasında Çin Asiya ölkələri arasında peyvəndə 97 faizlə peyvəndə ən çox, Rusiya isə 54 faizlə ən az həvəs göstərən ölkə olub.

COVID-19-a 6 milyondan çox təsdiqlənmiş yoluxma, 183 min 585 ölüm halı ilə dünyaya liderlik edən ABŞ-dakı respondentlərin təxminən 67 faizi peyvənd alacağını deyib.

ABŞ dörd Orta-Qərb - Ayova, Şimali Dakota, Cənubi Dakota və Minnesota ştatları gündəlik yeni yoluxma hallarının rekord həddə çatdığını bildirib. Montana və Aydaho ştatları da rekord sayda COVID-19-a yoluxan xəstənin xəstəxanalara yerləşdirildiyi barədə məlumat verib.

XS
SM
MD
LG