Accessibility links

ÜST: peyvəndə qədər COVID-19-dan qlobal ölüm sayı 2 milyona çata bilər


Uğurlu bir peyvənd geniş şəkildə tətbiq edilməyə başlamayanadək COVID-19-dan qlobal ölüm sayı ikiqat artaraq 2 milyona çata bilər. Və hətta ehtimal var ki, pandemiyanı aradan qaldırmaq üçün razılaşdırılmış bir səy olmazsa bu rəqəm daha da yüksək ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi cümə günü xəbər verib.

Birləşmiş Millətlər Təşkilatının fövqəladə hallar proqramının rəhbəri Mayk Rayan cümə günü brifinqdə deyib ki, "Əgər gərəkli olan heç bir şeyi etməsək 2 milyon təkcə güman etdiyimiz bir rəqəm deyil, əksinə bunun ehtimalı çox yüksəkdir."

Çində COVID-19 virusu aşkar edildiyi gündən keçən 9 ay ərzində ölənlərin sayı 1 milyona yaxınlaşır.

Onun sözlərinə görə, gənclərin dünya boyu məhdudiyyətlər və kilidləmələr azaldıqdan sonra xəstəliyin yayılmasına səbəb olduqlarına dair artan narahatlıqlara baxmayaraq, onlar son zamanlarda artan infeksiyalara görə günahlandırılmamalıdırlar.

"Ümid edirəm ki, biz "hamımı gənclərə görədir" deyib gənclərə barmaq silkələməyəcəyik" deyən Ryan əlavə edib ki,"Hazırda bir gəncin ehtiyac duyduğu ən son şey, ona işarə edən və barmağını silkələyən yaşlı bir insandır".

O bildirib ki, əksinə, epidemiyanın yayılmasına səbəb hər yaşda insanların qapalı toplantılara qatılmasıdır.

ÜST Çin ilə COVID-19 peyvəndlərinə sürətli və ədalətli bərabər əldə çıxışı təmin etmək üçün nəzərdə tutulan COVAX maliyyələşdirmə layihəsində mümkün iştirakı ilə bağlı danışıqları davam etdirir. Baxmayaraq ki, razılığa gəlmək üçün son möhlət tarixi bir həftə əvvəl bitib.

Ümumdünya Səhiyyə Təşkilatının üzvü olmasa da, Tayvan da bu layihəyə imza atıb və beləlikdə layihədə iştirak edən ölkələrin sayı 159-a çatıb. Təxminən 34 ölkə isə hələ qərar vermə mərhələsindədir.

XS
SM
MD
LG