Accessibility links

ÜST COVID-19-a qarşı AstraZeneca-Oxford peyvəndinin iki növünü təsdiqləyib


Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi COVID-19-a qarşı AstraZeneca-Oxford üniversitetinin birgə hazırladığı peyvəndinin iki versiyasının təcili istifadə üçün təsdiqlədiyini bildirib. Bunun gələn həftələrdə vaksinin dünya boyu paylanması səylərinə kömək edəcəyi gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlərin 18 yaşdan yuxarı insanlar üçün təhlükəsiz olduğunu və təşkilatın COVAX peyvəndpaylama təşəbbüsü vasitəesilə ilə orta və aşağı gəlirli ölkələrə paylanacağını bildirib.

Yeni təsdiqlənmiş peyvəndlər Cənubi Koreyadakı AstraZeneca-SKBio əczaçılıqq şirkəti və Hindistanın Serum İnstitutu tərəfindən istehsal olunub. AstraZeneca peyvəndi COVAX təşəbbüsü çərçivəsində dozaların çox hissəsini təşkil edir.

Peyvəndin təsdiqi ölkələrə vaksinlərin gətirilməsi və tətbiqi üçün daxili təsdiqlmə prosesini sürətləndirməyə imkan verir. Qlobal səhiyyə orqanının peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatları qiymətləndirməsi və təcili istifadəsinə icazə verməsi üçün bir aydan az vaxt tələb olunub.

"Artıq bizim peyvəndlərin sürətlə paylanması üçün bütün imkanlarımız var. Lakin hələ də istehsalın genişləndirilməsinə ihtiyac var" - deyə,Ümumdünya Səhiyyə Təşkilatı baş direktoru Tedros Adhanom Gebreyesus bazar ertəsi Cenevrədən jurnalistlərə bildirib.

Bazar ertəsi Britaniya koronavirusun müxtəlif növlərinin ölkədə yayılmasının qarşısını almaq səylərinin bir hissəsi olaraq, COVID-19 riskinin yüksək olduğu “qırmızı siyahı”dakı 33 ölkədən gələn səyahətçilər üçün karantin proqramına başlayıb.

Proqrama əsasən Britaniyaya daxil olan hər kəsin 10 gün bir otel otağında karantin altında qalması tələb olunur. “Qırmızı siyahı“da olmayan ölkələrdən gələnlər isə 10 gün evdə karantin rejimində qalmalı və iki dəfə COVID-19 testindən keçməlidir.

ABŞ-da ölkənin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, doktor Entoni Fauçi bazar ertəsi karyerası boyu “elmin müdafiəsinə” görə İsrailin 1 milyon dollarlıq mükafatını qazanıb.

İsrail mərkəzli Dan David Vəqfi Fauçinin bu mükafata GİCS-ə qarşı tədqiqatları və koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinə qarşı peyvəndlərin təbliği sahəsində fəaliyyətinə görə layiq görüldüyünü bildirib.

Çindən Zimbabveyə Sinopharm peyvəndi ianə edilib
Çindən Zimbabveyə Sinopharm peyvəndi ianə edilib

Bu arada, Zimbabve mediası bazar ertəsi Çindən Sinofarm COVID-19 peyvəndinin ölkəyə ianə edilən ilk dozalarının gətirildiyini bildirib. Zimbabve hökuməti gələn ay bu Afrika ölkəsinə çatdırılması gözlənilən əlavə 600 min doza peyvənd alıb. Lakin bu, 14 milyon əhalisi olan ölkədə milyonlarla sakinin peyvənd alması üçün çox azdır.

Kolumbiya da bazar ertəsi koronavirus peyvəndinin ilk dozasını alıb. Prezident İvan Duque və ölkənin səhiyyə naziri Pfizer peyvəndlərini hava limanında qarşılayıb.

Çex Respublikasında hökumət bazar ertəsi mart ayının 1-dən etibarən məktəblərin açılması ilə bağlı plan təsdiqləyib. Ölkədəki bütün məktəblər oktyabr ayından bəri bağlıdır.

Dünya ölkələrinin hökumətləri məhdudyyətlərin hansı səviyyədə aradan qaldırlmasına dair qərarlar verdiyi bir zaman, COVID-19 peyvəndlərinin istehsalçıları virusun yeni mutasiyalarından qorunmaq yolları üzərində işləyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG