Accessibility links

ÜST: Dünya boyu COVID-ə yoluxmalarda artım müşahidə olunur


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada altı həftəlik davamlı azalmalardan sonra COVID-19-a yoluxmalarda qəfil artım müşahidə olunduğunu xəbər verib. Ölüm halları da son dörd həftə ərzində artıb.

Aprelin 12-də agentliyin Cenevrədəki qərargahında keçirilən brifinqində Baş Direktor Tedros Adhanom pandemiya başlanan gündən dördüncü dəfədir ki, bir həftə ərzində yüksək yoluxmaların qeydə alındığını xəbər verib. Bu isə dünya boyunca 780 milyon doza vaksinin paylanması fonunda baş verir.

ÜST rəhbəri yoluxmaların artmasına görə “ictimai səhiyyə tədbirləri və tətbiqində qarışıqlıq, özünəarxayınlıq və uyğunsuzluğu" əsas gətirib. Bunlar həm də insan həyatlarının itirilməsinin səbəbidir. O, pandemiya ilə mübarizədə vaksinlərin həyati əhəmiyyət kəsb etdiyini, lakin bunun mübarizə üçün yeganə vasitə olmadığını bildirib.

Tedros standart tədbirlərin - sosial məsafə saxlama, gigiyena, maskalar, davamlı test və izləmələrin hələ də həyatları xilas etdiyini deyib. Bir çox ölkənin bu sübut edilmiş ictimai sağlamlıq tədbirlərindən istifadəsi və davamlı şəkildə tətbiqi ilə virusu nəzarətə götürməyin mümkün olduğunu qeyd edib.

O, virusun yayılmasının davam etdiyi ölkələrdə restoranlar, gecə klubları və bazarların yenidən açıldığını, insanların çox az hissəsinin ehtiyatlı davrandığını bildirib.

Direktor ÜST-nin sonsuz qapanmalar görmək istəmədiyini və cəmiyyətin, iqtisadiyyatın yenidən açılmasını, səyahətlərin bərpasını istədiyini bildirsə də, əlavə edib ki, "hazırda reanimasiya şöbələri dolur və insanlar ölür - bunun da qarşısını tamamilə almaq olar."

Tedros ilin əvvəlində yoluxmalar və xəstəxanalara düşmə saylarının azalaasının virusun qarşısının alına biləcəyini göstərdiyini bildirir.

Bərabər paylanan peyvəndlər və ardıcıl ictimai sağlamlıq tədbirləri ilə pandemiyanı bir neçə ay ərzində nəzarət altına ala bilərik, deyə o, əlavə edib.

XS
SM
MD
LG