Accessibility links

Vəkili qətldə günahlandırılan iranlı etirazçıya qarşı çıxarılan edam hökmünün "qanunsuz" olduğunu deyir

Mücahid Korkor
Mücahid Korkor

Qurbanların ailələrinin vəkili keçən il rejimə qarşı etirazlar zamanı qətı hadisəsi törətmək ittihamı ilə həbs edilən iranlıya qarşı çıxarılan ölüm hökmünun "qanunsuz" olduğunu bildirib.

Mücahid Korkor (həmçinin Abbas Korkori kimi tanınır) 2022-ci ilin noyabrında cənub-qərbdəki İzeh şəhərində 9 yaşlı Kian Pirfələk və bir neçə başqa adamın qətlində günahlandırılaraq, edam cəzasına məhkum edilib.

Həmin şəxslər ölkədə ciddi İslam geyim qaydalarını pozduğuna görə həbs edilən 22 yaşlı Məhsa Əmininin həbsdə ölümünə etiraz edənlərə atəş açan hökumət qüvvələrinin repressiyaları zamanı öldürülüb.

Bir neçə qurbanın ailəsini təmsil edən vəkil Xosrov Əlikordinin keçmişdə Twitter olan X hesabında bildirdiyinə görə, Pirfələkin valideynləri Korkoru oğullarının qatili kimi tanımır, ona qarşı şikayət etməyib və "qisas" tələb etməyiblər və bu, Korkorun ölüm hökmünün "qanunsuz" olduğunu göstərir.

Kian Pirfələk İranın etirazçılara qarşı vəhşicəsinə repressiyasının simvoluna çevrilib. Atası zorakılıq nəticəsində ağır yaralanıb və iki ay xəstəxanada yatıb. Onun həftələrlə oğlunun ölümündən xəbəri olmayıb.

Uşağın valideynlərinin olduğu avtomobilin təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulduğunu deməsinə baxmayaraq, İran hakimiyyəti Korkoru Pirfələk və bir neçə digər etirazçını öldürərkən hərbi tipli avtomat silahdan istifadə etməkdə ittiham edib.

Bundan əlavə, yaraları qismən sağaldıqdan sonra yayımlanan videoda Meysəm Pirfəlak rəsmilərin Korkorun onun oğlunu öldürməsi iddiasını rədd edib.

Əsasən də Əmininin ölümü ilə bağlı geniş yayılmış etirazlardan sonra İranda edamların nisbəti kəskin şəkildə artır.

İran İnsan Haqları təşkilatının 2023-cü ilin dekabrına olan məlumatına görə, İranda son aylar 700-dən çox insan edam edilib.

Forum

XS
SM
MD
LG