Accessibility links

İranın Rəcayi-Şəhr həbsxanasının bağlanması rəsmi olaraq təsdiqlənib


İranın Rəcayi-Şəhr həbsxanası
İranın Rəcayi-Şəhr həbsxanası

İranın Ədliyyə Nazirliyi və müstəqil insan haqları müşahidəçisi cümə axşamı Rəcayi-Şəhr həbsxanasının bağlandığını və ümummilli etirazlardan sonra bir hissəsi siyasi məhbus və ittiham olunmadan saxlanılan 300-ə yaxın məhbusun başqa müəssisələrə köçürüldüyünü təsdiqləyib.

İran məhkəmə sisteminin İnternet saytı "Mizan" Rəcayi-Şəhr həbsxanasının bağlanması prosesinin davam etdiyini və məhbusların, belə görünür xəbərdarlıq edilmədən başqa müəssisələrə köçürüldüyünü bildirən açıqlama yerləşdirib.

"Mizan"ın bazar ertəsi gecə məhbusların köçürmələri ilə bağlı görüntüləri İnternet-ə yerləşdirməsindən sonra Tehranın siyasi məhbuslarının çoxunu daha ucqar kəndlərdəki müəssisələrə köçürmək planı bəzi insan haqları müdafiəçilərinin narahatlığına səbəb olub.

İran məsələləri üzrə təhlilçi Hadyeh Kimyayi Amerikanın Səsinin Fars Xidmətinə deyib ki, vicdan məhbusları ölkənin ən qəddar cinayətkarların saxlandığı həbsxanalara göndəriləcək. O, bunun İslam Respublikasının düşünülmüş strategiyası olduğunu deyib.

Kimyayi həmçinin Rəcayi-Şəhr həbsxanasını xüsusən də 1980-ci illərdə saxlanılması və edam edilməsi ilə məşhur olan bir müəssisə kimi təsvir edib. O, deyib ki, obyektin bağlanması və yenilənməsi "onun qaranlıq tarixinin bütün izlərini silmək" səylərinin bir hissəsi ola bilər.

Bazar ertəsindən etibarən sosial mediada həbsxananın ətrafında xüsusi təyinatlılar, fövqəladə hallar bölmələri, polis qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin mövcudluğu əks etdirən görüntülər yayılmağa başlayıb.

Amerikanın Səsinə danışan Kimyayi uzun müddətdir müzakirə edilən dissidentlərin daha ucqar və ya daha güclü mühafizə olunan obyektlərə köçürülməsi planının gözlənilmədən həyata keçirilməsinin 2022-ci ilin sentyabrında ümummilli etirazlara səbəb olan 22 yaşlı kürd qadın Məhsa Əmininin əxlaq polisinin nəzarətində olarkən ölümünün ildönümündən əvvəl planlaşdırıldığını düşündüyünü deyib.

2022-ci ildə ümummilli etirazlar zamanı Rəşt şəhərindəki Lakan həbsxanasında baş verən üsyanı xatırladan Kimyayi bildirib ki, İslam Respublikası "siyasi məhbuslara təzyiqləri artırmaq və onları yatırmaq üçün həbsxanalardan gələn səslərə tam nəzarət etmək" niyyətindədir.

Forum

XS
SM
MD
LG