Accessibility links

İranda Qasım Süleymaninin şərəfinə ucaldılan heykəl yandırılıb


İran mediasının cümə axşamı bildirdiyinə görə, İranın İraqda öldürülmüş ordu komandiri Qasım Süleymaninin şərəfinə ucaldılan heykəl açılışından bir neçə saat sonra naməlum şəxslər tərəfindən yandırılıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üzrə qolu olan Qüds Qüvvələrinə rəhbərlik edən Süleymani 2020-ci il yanvarın 3-də İraqda iraqlı köməkçisi və digər hərbçilərlə birlikdə Bağdad hava limanında ABŞ-ın dron hava zərbəsi nəticəsində ölmüşdü.

ISNA xəbər agentliyi çərşənbə günü səhər İranın cənub-qərbindəki Şahrekord şəhərində Süleymaninin şərəfinə açılan heykəlin axşam saatlarında yandırıldığını bildirib və bunu "naməlum şəxslərin biabırçı hərəkəti" adlandırıb.

"Bağdad hava limanında gecə törədilmiş digər cinayət kimi bu da qaranlıqda törədilmiş xain cinayətdir," ISNA-ya verdiyi açıqlamada yüksək səviyyəli din xadimi Məhəmməd Əli Nekunam deyib.

Süleymani iki il əvvəl öldürüldükdən sonra İran hökuməti onun şərəfinə bir neçə heykəl qoyub və komandirin xatirəsi bütün İran boyu təşviq edilir.

Dövlətə məxsus IRIB televiziya kanalı İranın son günlərdə bir sıra hadisələrlə yanaşı Süleymaninin öldürülməsinin ikinci ildönümünü qeyd etdiyi bir vaxt belə bir addımın "təhqir" aktı olduğunu deyib.

Cümə axşamı minlərlə iranlı 1980-1988-ci illərdə İran-İraq müharibəsində həlak olan 250 "naməlum şəhid"-in xatirəsini yad edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG