Accessibility links

Şəhla Hümbətova: Azərbaycanda cəzalandırıldım, Amerikada mükafatlandırıldım


Şəhla Hümbətova: "Azərbaycanda cazalandırıldım, Amerikada mükafatlandırıldım"
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Martın 4-də ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edib. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilib.

Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var.

Martın 4-də mükafatlandırma mərasimində birinci ledi Melania Tramp çıxış edib.

Eyni fəaliyyətə görə Azərbaycanda cəzalandırıldım, Amerikada mükafatlandırıldım.


Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.

2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.

Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Qafari, Ermənistandan jurnalist Lüsi Koçaryan, Boliviyadan jurnalist Ksimena Galarza və digərləri var.

Şərhlərə bax (3)

Bu forum qapanıb
XS
SM
MD
LG