Accessibility links

"Şəkərli diabet xəstəliyi cavanlaşıb"


“Azadlıq” radiosunun qonağı, həkim-endokrinoloq Fərhad Qurbanovun sözlərinə görə, son illər şəkərli diabet xəstəliyi cavanlaşıb, əvvəllər bu xəstəliyə əsasən 50-60 yaşlı insanlarda rast gəlinirdisə, indi vəziyyət dəyişib:

“Son illərdə 35-40 yaşlı insanlar şəkərli diabet xəstəliyinə tutulurlar. Bu xəstəliyin iki tipi var. Birinci şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin “betta” hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmamazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbəttə ki, onunla birlikdə ciddi pəhriz və düzgün qidalanma rejimidir. İkinci tip şəkərli diabet isə geniş yayılanıdır. Qanda şəkərin yüksəlməsi iri arteriyalarda xolesterin yumaqcıqlarını yaradır, bu da damarların keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə qanın axını zəifləyir, toxumalarda qan dövranı çətinləşir”.

Həkim deyir ki, şəkərli diabetdən qorunmaq üçün düzgün qidalanmaq, fiziki hərəkətlər etmək, bədənin çəkisini normada saxlamaq, stress, əsəbdən uzaq olmaq lazımdır. Azərbaycanda bu xəstəliklə bağlı kitabların, internet saytlarının olmadığını, qəzetlərdə çox az məqalələr yazıldığını deyən Fərhad Qurbanov özü sayt yaratmaq qərarına gəlib. Şəkər xəstəliyi haqda bütün məlumatları, Rusiya mətbuatında yer alan maraqlı məqalələri tərcümə edərək, burada yerləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG