Accessibility links

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı barədə həbs-qətimkan tədbiri seçilib


Aprelin 28-də Bakının Səbail Rayon Məhkəməsi Şəmkir Rayon (Bakıdan 400 kilometr qərb) İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Məhkəmədəki mənbələrin məlumatına görə, keçmiş icra hakimiyyəti başçısı barədə həbs-qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında seçilib.

Qeyd edək ki, Məmmədov və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov aprelin 27-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hüquq-mühafizə orqanları hələ Alimpaşa Məmmədov və digər vəzifəli şəxslərin saxlanılmasının səbəbləri ilə bağlı rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Alimpaşa Məmmədovun ailə üzvləri və vəkili də onun həbsinə hələ münasibət bildirməyib.

Son bir ildə Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində bir neçə nazirliyin yüksək vəzifəli şəxsləri və 6 rayonun icra hakimiyyəti başçısı həbs edilib.

XS
SM
MD
LG