Accessibility links

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması polisin vətəndaşlara qarşı hərəkətlərinə etiraz edir


Polis Yasamal rayonunda əməliyyat keçirib
Polis Yasamal rayonunda əməliyyat keçirib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının üzvləri Azərbaycanda Covid-19 pandemiyası ilə bağlı elan edilmiş 6-8 iyun tarixdə xüsusi karantin rejimi və ondan sonrakı gündə bir sıra polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı həyata keçirilmiş zorakılıq, vətəndaşların təqib edilməsi, həddindən artıq və əsaslandırılmamış gücün tətbiqini pisləyir və hökumətdən vətəndaşların konstitutsion hüquqlarına hörmət edilməsini tələb edir.

Bu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının bəyanatında bildirilir.

“Qeyd etmək zəruridir ki, keçən müddət ərzində xüsusi karantin rejimində polisin vətəndaşla yaratdığı müsbət əməkdaşlıq və inam mühiti fonunda son hadisələrin baş verməsi polisə olan etimadı sarsıtmaqdadır. Belə ki, polis əməkdaşlarının son günlərdəki hərəkətləri Azərbaycan Konstitutsiyası və ‘Polis haqqında’ Qanunun 5-ci maddələri ilə müəyyən edilmiş hüquq çərçivələrini aşmaqla, vətəndaşın şəxsi mülkünə icazəsiz müdaxilə, şərəf və ləyaqətin alçaldılması, fiziki və mənəvi zorakılıq, hədə və işgəncəyə məruz qalma ilə müşahidə olunmuşdur,” sənəddə deyilir.

Milli Platforma hökumətə xatırladır ki, Azərbaycan Avropa Şurası üzvü kimi ‘İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında’ Avropa Konvensiyasını ratifikasiya edib və onun bu hüquqlara hörmət etmək öhdəliyi var.

“Beləliklə, Milli Platforma daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edərək baş vermiş hadisənin araşdırılmasını, vətəndaşlara qarşı zorakılıq etmiş polis əməkdaşlarının cəzalandırılmasını və cəmiyyətə bununla bağlı əsaslandırılmış izah verilməsini tələb edir," bəyanatda deyilir.

Sosial şəbəkələrdə yayılan videolar

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb. Videolarda polis vətəndaşın evinə basqın edərək onu çılpaq çəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri sakin Gülər Süleymanovanı və həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polisin hərəkətləri sosial şəbəklərdə kəskin etirazlara, tənqid və təhqirlərlə səbəb olub.

Polisin hərəkəti etirazla qarşılanıb

Azərbaycanın bir sıra ictimai-siyasi xadimləri, hüquq müdafiəçiləri, gənc fəallar iyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşlarınin Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada əməliyyat keçirərək insanları evləerindən zorla aparılmasını etirazla qarşıayıblar.

İctimai fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz olaraq aksiya keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də DİN!” şüarı yazılmış plakat asıb. İbrahimov bununla polisin iyunun 8-də Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi əməliyyat zamanı qanunsuzluqlara etirazını bildirib.

Milli Şura demokratik dünyaya, onların rəsmi dövlət qurumlarına, Bakıdakı səfirliklərinə müraciət edərək, Azərbaycanda hüquq pozanlara viza verməməyə çağırıb.

Rəsmi məlumatda nə deyilir

Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Saxlanılanlar arasında Gülər Süleymanovanın oğlanları Elvin və Kərim Süleymanov qardaşları da olub.

Daxili İşlər Nazirliynin Mətbuat Xidməti bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir,” mətbuat xidməti qeyd edir.

XS
SM
MD
LG