Rusiya və Birləşmiş Ştatlar bir-birlərini hərbi gəmilərinin cümə günü Şərqi Çin dənizində az qala toqquşmasına görə 'təhlükəli və qeyri- peşəkar' davranışda günahlandırıb.
Rusiya Sakit Okean Donanmasının bildirdiyinə görə, ABŞ-ın 'USS Chancellorsville' raketatıcı kreyserinin Rusiyanın 'Admiral Vinoqradov' eskadrilya minadaşıyıcısının 50 metrliyinə yaxınlaşması rusların fövqəladə ölçülərə əl atmasına səbəb olub.
Rus gəmisinin təhlükəli addımı Chancellorsville'i bütün mühərrikləri tam şəkildə işə salmağa və toqquşmanın qarşısını almaq üçün manevr etməyə məcbur edib.
Rusların verdiyi məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi raket kreyseri qəfil olaraq istiqamətini dəyişib və 'Admiral Vinoqradov'-un yolunu kəsib.
"Amerikan gəmisinin komandirinə beynəlxalq radio dalğalarında bu cür davranışın qəbuledilməz olduğu bildirilib," açıqlamada deyilir.
Hadisənin bu cür yozumu ABŞ donanması tərəfindən rədd edilib və amerikanlar Rusiya gəmisinin davranışını "təhlükəli və qeyri-peşəkar" adlandırıb.
“Filippin dənizində fəaliyyət göstərən rus minadaşıyıcısı USS Chancellorsvillə qarşı təhlükəli manevr edib," ABŞ-ın Yeddinci Donanmasının sözçüsü Komandir Kleyton Doss deyib.
"Bu təhlükəli addım Chancellorsville'i bütün mühərrikləri tam şəkildə işə salmağa və toqquşmanın qarşısını almaq üçün manevr etməyə məcbur edib."
O, Rusiyanın ABŞ gəmisinin rus minadaşıyıcısına qarşı təhlükəli davranma iddiasının "təbliğat" olduğunu iddia edib. Rus kreyserinin Chancellorsville-in 50-100 metr yaxınlığına gəldiyini söyləyərək, gəminin və heyət üzvlərinin təhlükəsizliyini təhdid etdiyini söyləyib.
Hadisə bu günlərdə Suriya səmalarında rus qırıcı təyyarəsinin Amerika kəşfiyyat təyyarəsini təhdid etməsindən sonra iki ölkənin hərbi rəhbərlikləri arasında gərginliyin meydana çıxması fonunda baş verir.