Accessibility links

Əfqanıstanda İslam Dövləti və Taliban qarşıdurmaları


Əfqanıstan rəsmiləri Amerikanın Səsinə İslam dövləti yaraqlıları ilə Taliban üsyançıları son üç gündə şərqi Kunar vilayətində gərgin döyüşlər apradığını bildirib.

Əksəriyyəti qadın və uşaqlar olmaqla, məcburi köçkün ailələri Çapa Dara rayonunun digər hissələrinə sığınmaq məcburiyyətində qalıb və onların ağır vəziyyətdə yaşadıqları bildirilib.

Səlahiyyətlilər köçkün ailələrin əksəriyyətinin qohumları ilə yaşadığını söyləsə də, bəzilərinin açıq havada, çöllərdə qaldıqlarını deyib.

“Biz açıq havada yaşayan məcburi köçkün ailələr üçün bəzi yardımlar hazırlamışıq. Yardım tez bir zamanda onlara çatacaq” deyə, Kunar vilayəti qubernatorunun sözçüsü Əbdül Qani Müsamim Amerikanın Səsinə bildirib.

Kunar vilayəti, Əfqanıstan
Kunar vilayəti, Əfqanıstan

Müsamim humanitar yardımın təfərrüatları və nə zaman məcburi köçkünlərə veriləcəyi barədə ətraflı məlumat verməyib.

Yerli mənbələr Amerikanın Səsinə bildiriblər ki, məcburi köçkün ailələri isti hava da daxil olmaqla, ağır yaşayış şəraiti ilə üzləşiblər.

Qarşıdurmalar

Qarşıdurmalar son 10 ayda Nanqarhar vilayətində 400-dən çox ailəni köçürülməsinə səbəb olub. Yerli hakimiyyətin Amerikanın Səsinə bildirdiyinə görə, regiondakı münaqişə son üç ildə vilayətdə 14 mindən çox ailəni evindən didərgin salıb. Onlardan yalnız 8 min ailə geri dönüb.

Əfqanıstanın şərqindəTalibanla İslam Dövləti arasında qarşıdurmalar 2015-ci ildə ölkədə yaranan İslam Dövlətinin Xorasan şöbəsinin ənənəvi istehkamı olan Nanqarharda daimi problem olaraq qalır. O dövrdən bəri hərbçilər ölkənin şimalı və şərqinə dəfələrlə hücumlar ediblər.

Hər iki tərəfdə itkilər var. Lakin həmin bölgə ilə əlaqənin olmadığı səbəbiylə itkilərin sayını barədə məlumat yoxdur

Son qarşıdurmalar Çapa Dara rayonunun Vatani və Deqal kəndlərində baş verib.

Kunar polis şöbəsinin müdiri Fərid Dehqan Amerikanın Səsinə deyib ki, İslam Dövləti və Taliban döyüşçüləri yüksəklilərdə mövqe tutaraq kiçik və ağır silahlarla biri-birlərini hədəf alıblar.

“Hər iki tərəfdə itkilər var. Lakin həmin bölgə ilə əlaqə olmadığı üçün itkilərin sayı barədə məlumat yoxdur” deyə, Dehqan deyib.

Nənqərər vilayətində Taliban döyüşçüsü
Nənqərər vilayətində Taliban döyüşçüsü

Yerli rəsmilərin Amerikanın Səsinə verdiyi məlumata görə, toqquşmalar zamanı dinc əhali arasında itkilər olmayib.

Səlahiyyətli şəxslər ərazidəki inkişafı təqib etdiklərini və hər iki tərəfdə iştraka hazır olduqlarını söyləyiblər. "Bizim hərbçilər vəziyyəti yaxından izləyir və lazım olduqda cəlb olmağa hazırdırlar " - deyə, Kunarın Təhlükəsizlik İdarəsinin müdiri Dehqan Amerikanın Səsinə bildirib.

Əfqan müdafiə rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, Əfqanıstan qüvvələri Kunar əyalətində əməliyyatlar həyata keçirib, İslam Dövləti və Taliban döyüşçülərini öldürüb və yaralayıb.

"Elə dünən [çərşəbə axşamı] biz eyni bölgədə bir qrup İslam hərbçisini hədəf alıb, onlardan altısını öldürdük. Biz xalqı əmin edirik ki, bu ərazidə onların [Islam Höküməti və Taliban] təhlükələrinə son qoyacağıq", Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat katibi, general Məhəmməd Rədmaneş Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG