Accessibility links

Şərqi Azərbaycanın Yekan bölgəsində etiraz aksiyası keçirilib


Şərqi Azərbaycanın Yekan sakinləri sentyabrın 9-da bölgənin təbiətinin məhv edilməsinə və indiyə qədər bölgə xalqına heç bir qazancı olmayan Yekan mis mədəninin ifrat istismarına qarşı etiraz aksiyası keçiriblər.

ANT-nin verdiyi məlumata əsasən, etirazçılar Şərqi Azərbaycan vilayətində yerləşən Yekan mis mədəninin həddindən artıq istismarı nəticəsində ətraf mühitin çirklənməsinə yol verildiyini bildiriblər.

Aksiya iştirakçıları üzərində "Qaladağını viran etməyin" və "Qaladağı qəlbimizdir, qəlbimizi viran etməyin" şüarları yazılmış plakatlar daşıyıblar.

Yekan mis mədəni bölgənin ən hündür dağının yaxınlığında yerləşir. Həmin dağın ətrafında olan 30 bulaq və quyunun suyundan istifadə edən kəndlilər, eləcə də ətraf mühit fəalları və təbiətsevərlər ekololoji problemlə bağlı narahatlıqlarını bildirir.

İndiyə qədər yerli sakinlər və ətraf mühit fəalları petisiya imzalamaq, aksiyalar keçirmək, bölgə rəsmilərinə məktublar, habelə elmi məqalələr yazmaqla mədəndəki fəaliyyətlərin ətraf mühit üçün dağıdıcı təsirlərinə etiraz etsələr də, bu, heç bir dəyişiklikliyə gətirib çıxarmayıb. Bu səbəbdən yerli etirazlar davam edir.

Yekan mis mədəni Şərqi Azərbaycan vilayəti və Mərənd rayonunun Yamçı hissəsində yerləşir. Mədən 32 min ton mis ehtiyatına malikdir.

XS
SM
MD
LG