Accessibility links

Şərqi Azərbaycan apellyasiya məhkəməsi Nəsim Sadıqinin həbs hökmünü təxirə salıb


Sentyabrın 21-də ilkin məhkəmə tərəfindən 6 ay həbsə məhkum edilmiş güneyli fəal Nəsim Sadıqinin cəzasının icrası Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi tərəfindən 3 il müddətinə təxirə salınıb.

Bu barədə İranda insan haqları pozuntuları haqda xəbər yayımlayan HRA agentliyi məlumat verib.

Sadıqi ilkin məhkəmədə “İran İslam Respublikasına qarşı, müxalif qrupların lehinə təbliğat aparmaq” ittihamı ilə suçlanaraq, 6 ay həbs cəzasına məhkum edilmişdi. Həmçinin Telegram sosial mediasında güneyli fəalla aid olan SİM kart ilə açılmış “Milli Görüş” adlı kanal ləğv edilib.

Apellyasiya məhkəməsində Azərbaycanlı fəal ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, apardığı fəaliyyətlərinin İran konstitusiyası çərçevəsində olduğunu qeyd etmişdi.

Nəsim Sadıqi oktaybrın 21-də təhlükəsizlik qüvvələri tərəfindən tutulub, İranın İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik təşkilatının istintaq təcridxanasında nəzarət altına alınmışdı. O, təxminən bir həftə sonra Təbriz Həbsxanasına köçürülmüşdü. Xanım Sadıqi iki gün Təbriz həbsxanasında qaldıqdan sonra müvəqqəti olaraq 150 milyon tümən girov müqabilində sərbəst buraxılmışdı. İranın İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik təşkilatı onu “Pantürkizm və bölücü” düşüncələr istiqamətində fəaliyyət gəstərdiyini irəli sürüb.

Nəsim Sadıqinin ittihamları üzrə məhkəmə prosesi sentyabrın 21-də Təbrizdəki İnqilab Məhkəməsinin ikinci şöbəsində keçirilmişdi. Nəsim Sadıqi nəzarət müddətində və mühakimə prosesində vəkillə təmin olunmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG