Accessibility links

Şərqi Azərbaycan vilayətinin bəzi məktəblərində Azərbaycan türkcəsinin eksperimental tədrisi başlanacaq


Şərqi Azərbaycan Təhsil İdarəsi yeni təhsil ilinin əvvəlində vilayətin bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsinin tədris ediləcəyini açıqlayıb.

"Bu ilin sentyabr ayında məktəblərin açılışı ilə birlikdə Şərqi Azərbaycanın bəzi məktəblərində türk dili tədrisi başlayacaq və tələbələr həftədə iki saat cəmi 60 saat türk dili dərsi təhsil alacaqlar," Şərqi Azərbaycan Vilayətinin Təhsil Müdiri Cəfər Paşayi bildirib.

Tələbələr həftədə iki saat cəmi 60 saat türk dili dərsi alacaqlar.

Türk dilində təhsilin eksperimental tətbiqi Təhsil Naziri Məhəmməd Bothainın verdiyi sərəncama əsaslanır. Təhsil nazirinin əmrinə əsasən, ana dili təhsili ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində tədris olunacaq.

Təlimin məzmunu və saatları hər vilayətdəki məktəblər tərəfindən müəyyən ediləcək.

Ana dilində təhsil İran prezidenti Həsən Ruhaninin seçki şüarlarından biri idi. Ruhani prezidentliyi dövründə verdiyi şüarların çoxunu həyata keçirə bilməyib.

"Komitə vaxtı, müəllimi və təhsil üsulunu araşdırdıqdan sonra həyata keçirmək üçün bir ay müddətində layihə təsdiq üçün Təhsil Şurasına göndəriləcək," Şərqi Azərbaycan Vilayətinin Təhsil Müdiri deyib.

İyulun 16-da Şərqi Azərbacan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi tövsiyə etmişdi ki, “bəzi məktəblər yeni təhsil ilinin başlaması ilə bərabər həftədə ən az iki saat ana dilinin tədrisi, grammatika və türkcə şeir üçün zaman ayırsınlar.”

Habelə bu ilin iyun ayında prezidentin etnik və dini azlıqlar üzrə xüsusi köməkçisi Əli Yunusi hökumətin kürd və türk dillərində müəyyən əyalətlərin məktəblərində tədris edilməsinə göstəriş verdiyini demişdi.

2015-ci ildə ilk dəfə olaraq məhdud şəkildə kürd dili tədrisinə İran Kürdüstanın bəzi məktəblərində başlanılıb.

İran prezident Həsən Ruhani seçki kampaniyası dönəmində ana dilində təhsil hüququnu tanıyacağını vəd etmişdi.
İran prezident Həsən Ruhani seçki kampaniyası dönəmində ana dilində təhsil hüququnu tanıyacağını vəd etmişdi.

İrandakı insan haqları fəalları və azlıqlar ana dili təhsilinin ilk addım olduğunu və İran azlıqlarının da ana dilində təhsil almaq haqqına sahib olduqlarını söyləyirlər.

Bir çox insan hüquqları fəalları, çox sayda beynəlxalq müqavilənin təsdiqlədiyi üzrə sadəvə ana dili təhsili mövzusu deyil, fars dilindən başqa dillərdə təhsil almaq və rəsmi dövlət yazışmalarında istifadə etmək hüququnun tanınmasını istəyirlər.

İranda bəzi qüvvələr azlıqların mədəni hüquqlarının tanınmasının separatizmi alovlandıracağından ehtiyat edirlər.

Müxalifət və İran hakimiyyətində olan bəzi qüvvələr belə siyasətlərin İranın "ərazi bütövlüyünə" xələl gətirə biləcəyi barədə xəbərdarlıq edərək fundamental haqların verilməsinin ölkənin parçalanmasına gətirib çıxaracağından ehtiyat edirlər.

İran Azərbaycanında türk dili hüquqlarını müdafiə edən bir çox fəallar "sistemə qarşı təbliğat aparmaq" və "milli təhlükəsizliyə qarşı fəaliyyət" kimi ittihamlarla uzun müddətli həbslərə məruz qalırlar.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG