Accessibility links

Şərqi Azərbaycanda 3 fəhlə istehsalat qəzasında həyatını itirib


İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərində bir yağ saflaşdırma emalatxanasında 3 işçi istehsalat qəzası nəticəsində həyatını itirib.

İLNA xəbər agentliyinin məlumatına istinadən, onların Bostanabadın Göyərçin kəndində yağ saflaşdırma emalatxanasının rezervuarında qaz zəhərlənməsi nəticəsində öldüyünü bildirilir.

Verilən məlumata görə, yandırılmış yağın təmizlənməsi üçün rezervuarın içinə daxil olan fəhlənin qaz zəhərlənməsindən kömək etməsinin ardınca digər işçilərin rezervuara daxil olması hər üç işçinin həyatını itirməsi ilə nəticələnib. Hadisə nəticəsində daha bir işçinin qəzadan xilas edilib xəstəxanaya götürüldüyü bildirilir.

Bir sıra azərbaycanlı fəallar Twitter sosial şəbəkəsində Azərbaycan işçiləri adı ilə haştaq kampaniyası yaradaraq, fəhlə sinfinə dəstək verməyə çalışıblar.

İranda bu il Novruz bayramından avqustun 21-ə kimi olan müddətdə 759 nəfər işçi istehsalat qəzalarında həyatını itirib. Keçən il həmin müddət ərzində 725 nəfərin həyatını itirdiyi qeyd edilib. Bu rəqəmlərə əsasən, istehsalat qəzalarında ölüm halları 4.1 faiz artıb.

İranda işçilərin qəzalarda ən çox həyatını itirdiyi vilayətlər arasında Tehran (175 nəfər), Mazandaran (55 nəfər) və Şərqi Azərbaycan (53 nəfər) siyahıda ilk üç vilayətidir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası dünya üzrə işçilərin hüquqlarını qoruyan təşkilat, işçilərin durumu ilə bağlı keçən il yayımladığı hesabatda dünya ölkələri siyahısında İranı 5-ci qrupda yerləşdirilib. Beşinci qrupda yerləşdirilən ölkələr iş şəraiti ən pis olan ölkələr hesab olunur. Qanunvericilər işçilər üçün xüsusi hüquqlar müəyyənləşdirmiş olsalar da bu hüquqların təmin edilməsi üçün tədbirlər görülmür.

XS
SM
MD
LG