Accessibility links

Şərqi Azərbaycanda bir sıra məktəb binaları təhlükəli vəziyyətdədir


İranın Şərqi Azərbaycan vilayətində məktəblərin 10 min sinif otağının təhlükəli və qeyri-standard vəziyyətdə olduğu bildirilir.

Fars Xəbər agentliyinin yaydığı xəbərə görə, Məktəblərin İnkişafı, Təmiri və Təchizat Təşkilatının vilayətdəki rəsmisi Məhəmməd Nəcəfi bu haqda məlumat verərək vilayətdə 10 min sinfin sökülərək yenidən təchiz edilməsi və bərpasının lazım olduğunu vurğulayıb.

Vilayətdə cəmi 24 min məktəb sinfi mövcuddur ki, bu da vilayətdə məktəblərin siniflərinin 40 faizindən çoxunun təhlükəli və qeyri-standard olduğu deməkdir. Həmçinin vilayətdə 500 ədəd vaqon məktəb sinfi vardır.

Rəsminin dediyinə əsasən, hər bir sinif otağının təmiri və bərpası üçün 300 milyon tümənə ehtiyac var və beləliklə 10 min sinif otağını standartlaşdırmaq üçün 3 min milyard tümən lazımdır.

İranda koronavirus pandemiyasının yayılması ilə birgə məktəblərin tətildə olması və təhsil sisteminin onlayn olaraq başladılması nəticəsində bir çox tələbə təhsildən məhrum qalıb.

Təhsil Nazirliyinin bildirdiyinə görə, şagirdlərin virtual dərsləri üçün internet və smart cihazların olmaması 5 milyon uşaq təhsildən məhrum qalıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG