Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində narkotiklər səbəbilə bir ildə 124 nəfər ölüb


İran xəbər agentliklərinin bildirdiyinə görə, keçən il Şərqi Azərbaycan vilayətində narkotik maddə istifadəsi nəticəsində 124 insan ölüb.

Şərqi Azərbaycan vilayətinin məhkəmə ekspertiza mərkəzi bu barədə mediaya məlumat verib.

İSNA agentliyinin xəbərinə görə, ölənlərin sayında ötən illə müqayisədə 33 faiz artım müşahidə olunub.

“1398-ci hicri ilində (mart 2019 - mart 2020) vilayətdə narkotiklərdən istifadə səbəbilə həyatını itirənlərin 118-i kişi, 6-sı isə qadındır. Keçən illə müqayisədə ölən kişilərin sayı 29 nəfər, qadınların sayı isə 4 nəfər artıb,” İSNA-nın saytında bildirilib.

Agentliklər İranda narkotik maddələrdən istifadə nəticəsində hər gün azı 10 nəfərin öldüyünü yazır.

İran Parlamentinin məhkəmə komissiyasının sözçüsü Həsən Novruzi isə ölkədə gündəlik 2 tondan artıq narkotik maddələrinnin istehlak edildiyini deyib.

İran vəkillər kollegiyası birliyi İslam Respublikasının həyata keçirdiyi edam hökmlərinin narkotik maddə qaçaqmalçılığına qarşı mübarizədə yararlı olmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG