Accessibility links

Şərqi Azərbaycanda səkkiz ayda 639 nəfər yol qəzalarında həyatını itirib 


Qəza

Son 8 ayda İranın Şərqi Azərbaycan vilayətində baş verən yol qəzalarında 639 nəfər həyatını itirib.

Fars xəbər agentliyində dərc olunan xəbərə görə, Şərqi Azərbaycanın Ədli Tibb İdarəsinin sədri son səkkiz ay içində bu vilayətdə 639 nəfərin yol-nəqliyyat hadisələri nəticəsində həyatlarını itirdiklərini açıqlayıb.

Əli Səfayifərdin dediyinə əsasən, keçən ilin eyni dövrü ilə müqayisədə Şərqi Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı 20 faiz artıb.

Şərqi Azərbaycanın Ədli Tibb İdarəsinin direktoru səkkiz ay ərzində baş vermiş yol qəzalarında vəfat edənlərin 506 nəfərinin kişi və 133 nəfərinin isə qadın olduğunu bildirib.

Ən çox yol qəzalarında vəfat edənlərin sayı şəhərətrafı və kənd yollarında olduğu bildirilib.

Keçən ay ərzində Şərqi Azərbaycan vilayətində baş verən yol qəzalarında 83 nəfərin həyatını itirib, bu isə yol qəzalarında həyatını itirən vətəndaşların sayında ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artdığını göstərir.

XS
SM
MD
LG