Accessibility links

Şəxsi ev robotu


Şəxsi ev robotu
please wait
Embed

No media source currently available

0:00 0:01:53 0:00

Yeni şəxsi ev robotu evdə arxanızca gəzir, əngəlləri yan keçir ki, siz əlaqəni kəsmədən eyni anda bir neçə işi həll edə biləsiniz.

Temi süni intellektdən istifadə edərək ağıllı cihazın etdiyi hər şeyi edən yeni ev robotudur. Bundan əlavə Temi sadiq bir it və ya robot xadimə kimi ev boyu sahibinin arxasınca gəzir.

“Əgər başının üstünə vursanız onun izləmək funskiyası işə düşür. Məsələn əgər evdəsiniz və telefonda səsucaldıcı vasitəsilə danışırsınıza, robotun başına vura bilərsiniz və o, üzünün önündəki yeddi müxtəlif sensordan istifadə edərək sizin üzünüzü izləyəcək. Bir az əyilsəniz, üzünüzün getdiyi hər yerə gedəcək” – deyə, B8ta-dan Ostin Pirson bildirir.

Temi robotu
Temi robotu

“Onun interfeysi Alexa və Google-a bənzəyir. Əgər ona Hey Temi desəniz, o işə düşəcək və siz ona göstəriş verib və ya sual verə bilərsiniz” – o əlavə edir.

Tel Əvivdə qərargahlanan Roboteam adlı start-ap Teminin naviqasiya sistemini tərifləyir. O, 16 müxtəlif sensordan – dərinlik sensoru, yaxınlıq sensoru və Lidar adlanan məsafədən hiss etmək üsulundan istifadə edir. Lidar dəyişən məsafələri ölçmək üçün döyünən lazer formasındakı işıqdan istifadə edir.

Temi ətrafını kəşf edib, yerləri “yadında saxlamaq” üçün 2D xəritə hazırlayır. Robot sahibini müəyyən edib, onun izləmək üçün üz tanıma sistemindən istifadə edir.

Temi teleiştirak robotu kimi də istifadə olunur. Bu isə o deməkdir ki, siz uzaqda ikən zəng edirsiniz və sizin üzünüz Teminin ekranında əks olunur. Bu isə məsələn, iş səyahətində ikən uşaqlarınıza axşam kitab oxuya bilməniz üçün yararlıdır.

Robot həm də tənha insanlara dost ola bilər. Şirkətin təsisçisi deyir ki, onun robotu hazırlamasına ağıllı telefonundan istifadə etməkdə çətinlik çəkən yaşlı nənəsi ilham verib. Temi zarafat da edə bilir.

Roboteam bildirir ki, şəxsi robotlar 4-5 il sonra müxtəlif funksiyaları səbəbilə ağıllı telefonlar kimi sıravi olacaq.

XS
SM
MD
LG