Accessibility links

Şəxsi sosial köməkçi robot autizm spektrumunda olan uşaqlara yardım göstərir


Şəxsi sosial köməkçi robot autizm spektrumunda olan uşaqlara yardım göstərir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Altı yaşlı Edrien robot dostu Kiwi ilə oyun oynayır.

Edrien autism spektrumundadır, Kiwi isə oyuncaq deyil. O, Sosial Köməkçi Robotdur.

Maya Matarik, Cənubu Kaliforniya Universiteti: “Sosial Köməkçi Robotlar bizim 15 il öncə robotların insanlara yardım edə bilmək qabiliyyətini nəzərə alaraq əsasını qoyduğumuz yeni bir sahədir. Autizm spektrumunda olan uşaqların çoxu robotlara müsbət cavab verə bilir, bununla da biz onlara daha çox sosial bacarıqlar öyrədə bilirik.”

Milli Elm Fondunun dəstəyi ilə robot mütəxəssisi Maya Matarik və onun komandası Cənubi Kaliforniya Universitetinin laboratoriyasında unikal robot hazırlayırlar.

Onlar hətta robotun görünüşünü dizayn etmək üçün marionet ustasını işə cəlb ediblər. Bu araşdırma Edrien kimi uşaqların evdə olan Sosial Köməkçi Robotların köməyindən necə faydalancağını öyrənmək məqsədi daşıyır.

Maya Matarik: “Beləliklə, məqsəd bu robotun uzun zaman evdə qaldığı halda nə cür dəyişiklərin olduğunu müşahidə etməkdir.”

Professor Matarik və onun tələbələri təhsil psixoloqu Cisel Raqusa ilə yaxından çalışırlar. Raqusa oyun məzmununun hazırlanması, ailələrin cəlb edilməsi və proqram çərçivəsində uşaqların proqresini təhlil edir.

Cisel Raqusa, Cənubu Kaliforniya Universiteti: “Evdə keçirilən eksperimentin arxasında dayanan ideya odur ki, biz uşağa lazım olan müalicəni onun səviyyəsinə, ona rahat olan mühitə gətirərək, uşağın ehtiyac duyduğu zaman robotla ünsiyyət qurmaqla, sosial davranışında inkişafa nail olmaqdır.”

İlkin nəticələr çox ümidvericidir – uşaqların riyaziyyat bacarıqları artır və robotların topladığı məlumatlar da çoxdur.

Maya Matarik: “Uşaqla robotun ünsiyyətdə olduğu hər sessiyadan biz video, audio və oynadıqları oyunların nəticələrini əldə edirik. Təhlil etməyə çoxlu materialımız olur.”

Komanda mümkün ola biləcək hər şeyi sənədləşdirir – adi baxışdan, verbal cavaba qədər.

Maya Matarik: “Biz ümid edirik ki, əldə etdiyimiz məlumatlar alqoritmləri uyğunlaşdırmaq üçün kifayət edəcək və bununla bizim robotlar uşaqlara adaptasiya etməkdə daha yaxşı ola biləcəklər.”

Terepariya mütəxəsisləri ilə ünsiyyətdən fərqli olaraq, uşaqlar sosial köməkçi robotlarla təcrid olunmuş, tənha və ya depressiyada olduqları zamanda ünsiyyətdə ola bilərlər.

Maya Matarik: “Onlar insanların kömək edə bilmədiyi yerlərdə cəlb oluna bilərlər. İdeyamız da elə bu idi. Bu robotlar insanları əvəz etmir, sadəcə başqa heç kim olmadığı bir zaman, onlar yardım üçün uşaqların yanında olacaq.”

Ehtiyac duyduğun an yanında olan dost, əsl dostdur. İnsan və ya robot fərq etməz.

XS
SM
MD
LG