Accessibility links

8 şagird populyar tələffüz müsabiqəsinin qalibi olub


12-14 yaş arası səkkiz iştirakçı Scripps National Spelling Bee müsabiqəsinin qalibi olub.

94 ildə ilk dəfədir ki, səkkiz nəfər müsabiqədə qalib olur.

Vaşinqton şəhəri yaxınlığında, Meriland ştatında keçirilən müsabiqədə altı ştatı təmsil edən altı oğlan və iki qız son 47 sözü düzgün tələffüz edərək yüzlərlə rəqibinə qalib gəlib.

Qaliblərin hər biri $50,000 dollar dəyərində bütöv qalib prizi alacaq.

Qaliblər Rişik Qandhasri, Erin Hovard, Saket Sundar, Şrutika Padi, Sohum Sukatankar, Abijay Kodali, Kristofer Serrao və Rohan Rajadır.

Okto-çempionlar "aiguillette", "bougainvillea", "erysipelas" və "pendeloque" kimi çətin sözləri düzgün tələffüz etməyə müyəssər olublar.

Müsabiqədə toplam 562 istedadlı şagird iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG