Accessibility links

Şahid: "Söhbət siyasi məhbus ailələrinə 22 manat yardımdan gedir"


Şahid: "Söhbət siyasi məhbus ailələrinə 22 manat yardımdan gedir"
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Şahid: "Söhbət siyasi məhbus ailələrinə 22 manat yardımdan gedir"

Saleh Rüstəmov və AXCP funksionerlərinin məhkəməsində şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov (o Rusiya vətəndaşıdır), onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, bu partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovun məhkəmə prosesi yanvarın 29-da şahid ifadələri ilə davam etdirılib.

Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ictimaiyyətin nümayəndələri iştirak edib. Prosesi ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi və Rusiyanın Bakıdakı konsulunun müşaviri Vladimir Timoşenko da izləyib.

Bugünkü məhkəmə iclasında şahidlər Elçin Əsgərbəyli, Cavid Məsimli, Cavanşir Abuşov və Tural Mehdixanov ifadə verib.

Bu işlə məşğul olan adam şahid kimi ifadə verir, hansı ki, peşəkar olaraq neçə illərdir ki, Moskvadan Bakıya qeyri-qanuni pul köçürmələri edir. Amma ondan burada öz halal pulunu alan adamlar həbsdədir.
Əli Kərimli, AXCP sədri

Tural Mehdixanov ifadəsində 2016-cı ildən başlayaraq Rusiyadan göndərilən pulların Bakıda çatdırılması ilə məşğul olduğunu bildirib. O, 2016-cı ildə 4000 dollar, 2017-ci ildə 4000 dollar və 2017-ci ildə 175.500 dollar pulu Vidadi Rüstəmliyə çatdırdığını bildirib.

Bu zaman Vidadi Rüstəmli 175.500 dolların şəxsi məqsədləri üçün göndərildiyini və həmin pula ev aldığını deyib.

Vəkillərdən biri Tural Mehdixanovun istintaqla əməkdaşlıq etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb. Bu zaman vəkil Bəhruz Bayramov Tural Mehdixanovdan istintaqa ilkin anlarda hansı qismdə cəlb olunduğunu sual edib.

Mehdixanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildiyini etiraf edib.

Vidadi Rüstəmli sual edib: "Təqsirləndirilən şəxs qismində cəlb edilən hansı səbəbdən şahid qismində dindirilir?"

Digər şahidlər isə Rusiyada kiçik bizneslə məşğul olur. Onlar bir neçə dəfə Rusiya Əmanət Bankındakı hesaba öz mobil telefonları vasitəsi ilə 1000- 3000 rubl məbləğində (20-66 manat ekvivalentində) yardım köçürdüyünü bildirib.

“Orucluq ayı idi, öz halal əmək haqqımdan siyasi məhbus ailələrinə kömək üçün 3000 rubl (təxminən 66 manat) pul köçürdüm,” şahid Cavid Məsimli deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Digər şahid Cavanşir Abuşov beş dəfə hər dəfə 1000 rubl (22 manat) olmaqla yardım etdiyini deyib.

Məhkəmə iclasından sonra AXCP sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, prosesin hər günü hakimiyyətin ifşası ilə nəticələnir.

“Bu şəxslərə çirkli pulların yuyulması ilə ittiham irəli sürülüb. Guya çirkli pulların bankdan kənar vasitələrlə daşınması baş verib. Amma əslində nə baş verib? Bu işlə məşğul olan adam, bu gün, məhkəmədə ifadə verdi ki, `mənim işim məhz budur. Mənə Rusiyadan deyirdilər ki, kimə isə pul çatdır, mən də aparıb ona nağd şəklində pul çatdırırdım.` Bu işlə məşğul olan adam şahid kimi ifadə verir, hansı ki, peşəkar olaraq neçə illərdir ki, Moskvadan Bakıya qeyri-qanuni pul köçürmələri edir. Görünür müvafiq orqanların razılığı ilə bunu edir. İndi də istintaqla, məhkəmə ilə əlaqədə olduğuna görə, pul köçürmələrini həyata keçirən bu adam azadlıqdadır. Amma ondan burada öz halal pulunu alan adamlar həbsdədir. ”

Məhkəmədə həmçinin məlum olub ki, həmin adamın xətti ilə Vidadi Rüstəmliyə ailəsi 175.500 dollar pul göndərib.

“Həmin pulla Vidadi Rüstəmli Bakıda özünə ev alıb. Ortada fakt var. İndi həmin pulu götürüb Xalq Cəbhəsinin maliyyələşdirilməsi kimi saxta ittihama çeviriblər. Adam ev alıb, evində yaşayır. Amma həmin pulu rəsmiləşdirirlər ki, guya Xalq Cəbhəsinə kömək olunub,” o qeyd edib.

Milli Şuranın sədri Cəmil Həsənli isə bildirib ki, əslində qanunsuz pul dövriyyəsi ilə məşğul olanlar həbsdə olmalıdır.

“Amma qanunsuz pul köçürmələri ilə məşğul olan Tural Mehdixanov şahid qismində, ondan 300-500 manat pul alanlar müttəhim qismində dindirilir. Bizə məlum olanlara görə, bu qanunsuz pul dövriyyəsi ilə hakimiyyətin ən yuxarı düzənində təmsil olunanlar məşğul olur və onların himayəti ilə bunlar baş verir. İfadə verən şəxs siyasi məhbuslara 22 manat yardım etdiyini deyir və buna çirkli pulların yuyulması adını qoyurlar,” Həsənli qeyd edib.

Məhkəmə yanvarın 30-da saat 15-də davam etdiriləcək.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

İfadə verən şəxs siyasi məhbuslara 22 manat yardım etdiyini deyir və buna çirkli pulların yuyulması adını qoyurlar.
Cəmil Həsənli, Milli Şuranın sədri

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG