Accessibility links

Şahin Bərzigər və Məhəmməd Mahmudi Təbriz həbsxanasına köçürülüblər


Şahin Bərzigər və Məhəmməd Mahmudi
Şahin Bərzigər və Məhəmməd Mahmudi

İranda baş verən noyabr aksiyaları zamanı Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən iki türk fəal Təbriz həbsxanasına köçürülüb.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, ötən il İranda noyabr etirazları zamanı həbs edilən Şahin Bərzegər və Məhəmməd Mahmudi təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin həbsxanasında saxlanıldıqdan sonra fevralın 3-də Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Digər milli fəal Əkbər Mühacirinin isə bundan əvvəlki günlərdə Təbriz həbsxanasına köçürüldüyü haqda xəbər yayıldı.

Mahmudi noyabrın 17-də Təbrizdə təhlükəsizlik qüvvələrinin gecə saatlarında evinə etdikləri hücum nəticəsində saxlanılmışdi. 79 gün sürən həbs müddətində milli fəallın ailəsinə onun vəziyyəti barəsində məlumat verilmədi. O, dekabr ayının 30-da, 44 gün Təbriz Ettelaat İdarəsinin həbsxanasında saxlanıldıqdan sonra ailəsinə telefon etməsinə izin verilmişdi. Mahmudi qısa telefon görüşməsində Təbriz həbsxanasına köçürüldüyünü bəyan etsə də, ailəsi Təbriz həbsxanasına müraciəti zamanında onun hələ də Təbriz Ettelaat İdarəsində saxlanıldığı haqda məlumat almışdılar.

Məhəmməd Məhmudi daha öncə 2018 mayın 25-də Sulduzda (Nəğədə) 2006-cı ilin may küçə etirazları zamanı öldürülənlərin xatirəsinə qeyd olunan tədbirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb ertəsi gün girov müqabilində sərbəst buraxılmışdı.

Təbrizdə hüquq ixtisası tələbəsi olan fəal Şahin Bərzigər isə daha öncə təhlükəsizlik qüvvələri tərəfindən dəfələrcə həbs edilibdir. Bərzigər daha öncə İran Azərbaycanında tanınmış simalardan olan Həsən Dəmirçinin cənazə mərasimində saxlanılmışdı. O, rejimə qarşı təbliğat aparmaq ittihamı ilə suçlanaraq 3 ay həbs cəzasına məhkum edilmişdi. Bərzigər həmçinin 2019 oktyabr ayında milli fəal Qulamrza Əmaninin yas mərasimdə 5 digər türk fəal ilə bərabər həbs edilmişdi.

XS
SM
MD
LG