Accessibility links

Şahin Cəfərli: “Azərbaycan siyasətində İrana qarşı sanksiyaları nəzərə alır”


Şahin Cəfərli: “Azərbaycan siyasətində İrana qarşı sanksiyaları nəzərə alır”
please wait

No media source currently available

0:00 0:07:16 0:00

Şahin Cəfərli: “Azərbaycan siyasətində İrana qarşı sanksiyaları nəzərə alır”

Siyasi şərhçi Şahin Cəfərli Amerikanın Səsinə müsahibəsində İrana qarşı Amerika sanksiyaları və Azərbaycan-İran münasibətlərindən danışıb.

Amerikanın Səsi: İranda Azərbaycana qarşı son günlər baş verənlərin səbəbləri nədir? İki ölkə arasındakı münasibətlərin siyasi perspektivlərini necə görürsünüz?

Şahin Cəfərli: İranda səslənən bəyanatları və Azərbaycana qarşı mövqeyi xüsusi bir yenilik saymıram. Yəni, İranın regiona baxışı çoxdan məlumdur. Bəs, bu məsələ niyə indi böyük rezonans doğurub? Onun əsas səbəbi odur ki, birincisi İslam İnqilabının 40-cı ildönümü ilə bağlı Həsən Ruhaninin (İran prezidenti-red) çıxışı oldu, bizim coğrafiyanı Şimali İran adlandırdı. Yəni, bu əraziləri İranın itirilmiş torpaqları adlandırdı. Ondan sonra Ermənistanın baş naiziri Nikol Paşinyanın İrana səfəri oldu. Bu səfər də bizim Xocalı faciəsinin (Xocalı şəhərində 1992-ci il fevralın 26-da 613 Azərbaycan vətəndaşı öldürülüb-red.) ildönümü ilə üst-üstə düşdü. Paşinyanın İran erməniləri ilə görüşündə divardan asılan məlum şüar (Ermənistan baş naziri Facebook-da İran erməniləri ilə görüşü zamanı “Qarabağ bizimdir, son” şüarı fonunda fotosunu dərc edib-red), təbii ki, azərbaycanlıların hisslərinə təsir etdi. Xüsusən də Xocalının ildönümü olduğu üçün, bu, Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb oldu. Yəni, həm Ruhaninin məlum çıxışı, həm də Xocalının ildönümündə Paşinyanın İrana səfəri, bu hadisələrin üst-üstə düşməsi nəticəsində, bizim ictimaiyyətdə, Azərbaycan ictimaiyyəti arasında böyük etirazlar doğurdu. Amma, biz İranın siyasətinə, regiona baxışına nəzər salsaq, görərik ki, xüsusi bir dəyişiklik yoxdur. İran bizim regiona həmişə bu cür, özünün keçmiş əraziləri kimi baxıb. Bu regionda öz təsirini hər zaman gücləndirməyə çalışıb. Azərbaycanın müstəqillik əldə etməsindən üzü bəri keçdiyi dövrə baxsaq, görərik ki, zaman-zaman İranla münasibətlərdə bu cür böhranlı hallar yaranıb. Məsələn, 2001-ci ilin iyulunda Xəzərdəki Alov-Araz-Şərq yatağı məsələsi üzrə Azərbaycanla İran arasında böyük narazılıq yaranmışdı. Bu yataqların işlənməsi məsələsində mübahisə yaranmışdı və həmin günlərdə İran hərbi təyyarələri Xəzər üzərində həmin yataqların yaxınlığında uçuşlar həyata keçirirdilər. Bundan sonra isə Türkiyə hərbi təyyarələri Azərbaycana gəldi və burada nümunəvi uçuşlar həyata keçirdi. Yəni gərginlik özünün kulminasiya həddinə çatmışdı. Bu cür hadisələr yaxın tariximizdə baş verib.

Amerikanın Səsi: ABŞ sanksiyaları nəticəsində İranda iqtisadi-sosial durumda hansı dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq olar? Bu dəyişikliklərin Azərbaycanla münasibətlərə təsirləri nə ola bilər?

Son vaxtlar İranda zəruri istehlak mallarının qıtlığının yarandığını müşahidə edirik.

Şahin Cəfərli: İranda iqtisadi vəziyyət onsuz da çətin idi.Yəni, Amerika sanksiyalarının 2018-ci ilin avqust-noyabr aylarında bərpasından əvvəl də İran iqtisadiyyatında vəziyyət yaxşı deyildi. Bu sanksiyalar İran iqtisadiyyatının vəziyyətini daha da ağırlaşdırmaqdadır. Artıq biz, görürük ki, İranın əsas gəlir əldə etdiyi sahə, yəni neft sektorunda həm hasilat azalıb, həm də ixracat azalıb. Bu da İran iqtisadiyyatının bütün sahələrinə təsir göstərir. Çünki iqtisadiyyatın əsas lokomotiv istiqaməti neft sektorudur. Bura sanksiyaların tətbiqi nəticəsində İranın gəlirlərində ciddi azalma başa verməkdədir və İranın bu il üçün büdcəsində sosial ayrımalar və aztəminatlı əhaliyə ayırmaların çox ciddi şəkildə azaldığını görürük. Eyni zamanda əhalinin az gəlirli hissəsinə subsidiyaların azaldığını görürük. Son vaxtlar İranda zəruri istehlak mallarının qıtlığının yarandığını müşahidə edirik. Məsələn, ət qıtlığı yaranıb, ətin qiyməti ciddi şəkildə yüksəlib. Təklif azalıb, tələbat isə çox olduğundan qiymətlər yüksəlib və hətta paytaxt Tehranda restoranların dörddə biri fəaliyyətini dayandırıb. Yəni insanlar restoranlara gəlmədiyi üçün fəaliyyətlərini dayandırıblar. Yəni belə bir ağır vəziyyət yaranıb. Nə qədər ki, sanksiyalar davam edəcək vəziyyətin ağırlaşması da davam edəcək. Yaxın perspektivdə İranda iqtisadi inkişaf gözləmirəm.

Amerikanın Səsi: ABŞ sanksiyaları şəraitində Azərbaycan-İran birgə layihələrinin, qarşılıqlı investisiyaların taleyi necə olacaq?

Şahin Cəfərli: Əsasən, bizim əməkdaşlığımız ondan ibarətdir ki, Azərbaycanda bir sıra birgə müəssisələr yaradılıb. Məsələn, Neftçala avtomobil zavodu var, birgə əczazçılıq zavodu inşa olunub. Bir də son illərin ən vacib hadisəsi ondan ibarət oldu ki, 2017-ci ilin sonlarında Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycan İrana 500 milyon dollar kredit ayırması ilə bağlı müqavilə imzalanıb. Hazırda mənim konkret məlumatım yoxdur, bu məbləğin artıq nə qədəri İrana köçürülüb. Amma, onu dəqiq bilirik ki, bu məbləğin köçürülməmiş hissəsi bundan sonra köçürülə bilməyəcək. Çünki Amerika İranın maliyyə-bank sektoruna da sanksiya tətbiq edib. Əgər ABŞ dolları ilə köçürmə edirsinizsə, Amerikanın həmin köçürməni bloklamaq şansı var. Mən bilmirəm nə qədər məbləğ köçürülməyib. Amma onu deyə bilərəm ki, həmin vəsaitin bundan sonra köçürülməsi mümkün olmayacaq. Təbii ki, Azərbaycan sanksiyaları öz siyasətində bundan sonra nəzərə alacaq.

Amerikanın Səsi: Bir qayda olaraq ABŞ sanksiyaları fonunda İranda milli-mədəni hüquqlar uğrunda mübarizə də güclənir? Bu halda İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda mübarizə hansı nəticələr verə bilər?

Mən İrandakı azərbaycanlıların müstəqilliyi uğrunda mübarizə apardığına əmin deyiləm.

Şahin Cəfərli: Çox maraqlı sualdır. Azərbaycan ictimaiyyətini əsas narahat edən, maraqlandıran suallardan biridir. Amma açıq deyim ki, mən İrandakı azərbaycanlıların müstəqilliyi uğrunda mübarizə apardığına əmin deyiləm. Düzdür, biz müxtəlif videolar izləyirik, xüsusən Traktor futbol klubunun oyunları zamanı stadionda müəyyən siyasi şüarlar səslənir. Amma azərbaycanlıların orada konkret bir təşkilatlanma fəaliyyətinə başladığını eşitməmişəm. Yəni belə bir fəaliyyətin olmasından açığı xəbərim yoxdur. Amma Amerika rəsmilərinin çıxışlarında əsasən bu fikir səslənir ki, `bizim İranı parçalamaq fikrimiz yoxdur`, sadəcə olaraq burada məqsəd İranın siyasətində dəyişikliyə, əgər mümkündürsə, İranda rejim dəyişikliyinə nail olmaq. Əlbəttə, əgər İranda mövcud sistem dəyişəcəksə, rejim dəyişikliyinə nail olunacaqsa, onda İranda müxtəlif xalqların milli-azadlıq mübarizəsinə başlayacağını proqnozlaşdırmaq mümkündür. Amma Amerika rəsmilərinin çıxışlarında əasən üç etnik qrupun adı çəkilir, farslar, kürdlər və bəluclar. Yəni azərbaycanlıların burada xüsusi etnik qrup kimi fərqləndirilməsini eşitməmişəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG