Accessibility links

Şahin Cəfərli: Ukrayna-Azərbaycan razılaşmaları və ya GUAM daxilində əməkdaşlıq


Şahin Cəfərli
Şahin Cəfərli

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri iki dövlət arasında siyasi, iqtisadi müstəvilərdə və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı keyfiyyətcə dolğunlaşdırır.

Bu barədə prezident Volodimir Zelenski yanvarın 14-də Kyivdə azərbaycanlı həmkarı ilə danışıqlarının nəticələrinə dair brifinqdə bildirib.

Biz gələcəkdə də bir sıra perspektivlər üzərində birgə işləyəcəyik, onlar arasında GUAM çərçivəsində Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirən nəqliyyat dəhlizinin yaradılması da var.
Volodimir Zelenski, Ukrayna prezidenti

"Biz mövcud əməkdaşlığın bütün sahələrini və onu gücləndirmək üçün bütün imkanları ətraflı şəkildə müzakirə etdik. Görüşün nəticəsi olaraq kənd təsərrüfatı, energetika və ticarət sahəsində əməkdaşlıq haqqında altı ikitərəfli sənəd imzalanıb. Onların həyata keçirilməsi investisiya fəaliyyətini sadələşdirəcək, ərzaq və energetika təhlükəsizliyini gücləndirəcək, ikitərəfli ticarət dövriyyəsi həcmini artıracaq. Bizim bir çox planlarımız var, onlar barədə ətraflı danışdıq," Ukrayna prezidenti bildirib.

O qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi nəinki azalmayıb, hətta son yeddi ildə ilk dəfə rekord göstəricilərə - təxminən 1 milyard ABŞ dollarına çatıb.

Amma, Volodimir Zelenski qeyd edib ki, bu, yuxarı hədd deyil və bu gün dövlətlər qarşılarına yeni iddialı məqsəd - 2024-cü ilə qədər ikitərəfli ticarəti iki dəfə artırmaq məsədi qoyub.

"Biz həmçinin qarşılıqlı investisiyaların ölçüsünü və birgə genişmiqyaslı layihələrin sayını artırmağa çalışırıq. Bu, xüsusən Azərbaycan şirkətlərinin "Böyük tikinti" proqramında iştirakı, habelə Ukrayna şirkətlərinin cənab prezidentin Ukrayna biznesini dəvət etdiyi infrastruktur layihələrində iştirakını nəzərdə tutur," Volodimir Zelenski əlavə edib.

İlham Əliyev və Volodimir Zelenski
İlham Əliyev və Volodimir Zelenski

Azərbaycan biznesinin Ukraynada böyük özəlləşdirmədə iştirakı ayrıca müzakirə olunub. Ukrayna dövlət başçısının sözlərinə görə, bu, yeni qarşılıqlı səmərəli layihələr üçün perspektivlər yaradır.

Bu kontekstdə Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirmək barədə razılığa gəliblər.

"Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasının təşkilidir," Ukrayna dövlət başçısı bildirib.

Ukrayna prezidenti tranzit potensialının inkişafını və müvafiq infrastrukturun yaradılmasını daha bir aktual məqsəd kimi qeyd edib.

Biz bütün sahələrdə əməkdaşlığa hazırıq.
İlham Əliyev, Azərbaycan prezidenti

"Beynəlxalq avtomobil və dəmir yolu daşımaları sahəsində, habelə aviasiya sahəsində əməkdaşlığı fəallaşdırmalıyıq. Biz gələcəkdə də bir sıra perspektivlər üzərində birgə işləyəcəyik, onlar arasında GUAM çərçivəsində Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirən nəqliyyat dəhlizinin yaradılması da var", deyən prezident digər mühüm sahələrdə əməkdaşlıq məsələlərinə də toxunub.

"Əminəm ki, bu gün əldə etdiyimiz razılaşmalar strateji, tarixi, çox düzgün məzmunlu əməkdaşlığımızın yeni mərhələsini başladır," Volodimir Zelenski qeyd edib.

İlham Əliyev öz növbəsində qeyd edib ki, Ukrayna və Azərbaycan münasibətlərinin bir çox imkanları var. Xüsusən, energetika sahəsində əməkdaşlıq planları, habelə neft emalı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları var.

Bundan başqa, qida sənayesində birgə müəssisələrin yaradılması və birgə innovasiya tədbirləri keçirilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub.

"Biz bütün sahələrdə əməkdaşlığa hazırıq," prezident Əliyev bildirib.

Şahin Cəfərli
Şahin Cəfərli

Politoloq Şahin Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub.

please wait

No media source currently available

0:00 0:04:17 0:00

“Iki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib. Digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır. Düzdür, son zamanlar bu təşkilat o qədər də fəal olmayıb. Ancaq, prezident Əliyevin Ukraynaya səfəri zamanı bu təşkilatın dirçəldilməsi barədə razılıq əldə edilib. Xüsusilə iqtisadi, nəqliyyat və kommunikasiya sahəsində GUAM təşkilatının aktivləşdirilməsi qərara alınıb.”

Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır.
Şahin Cəfərli, politoloq

Politoloq hesab edir ki, prezident Əliyevin səfərinin vacib məqamlarından biri də Azərbaycanın Ukraynadan torpaq sahələri icarəyə götürərək kənd təsərrüfatı məhsulları əkməsi olacaq.

“Bu razılaşma Azərbaycanın bu torpaqlarda ərzaq buğdası əkərək öz ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.”

Ekspert GUAM daxilində siyasi fəaliyyətin aktivləşdirilməsinin Rusiyanın təzyiqlərinə səbəb olma ehtimalları ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır.

“Azərbaycan Ukraynanın ərazi bütövüyünə dəstək versə də bu sahədə ehtiyatlı siyasət yürüdür. Çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Buna misal kimi, Azərbaycanın Krım platformasının təsis konfransında iştirak etməməsini göstərə bilərik. Yəni, hansı məsələlərdə Rusiyanın Azərbaycana qarşı aqressivliyi yarana bilər, o sahələrdə Azərbaycan bir qədər geri planda durur. Rusiyanın aqressiv addımlar atacağından çəkinir. Bu baxımdan Azərbaycan GUAM daxilində əməkdaşlığın siyasi komponentlərinə deyil, daha çox iqtisadi komponentlərinə üstünlük verir. Səfər zamanı da bunu müşahidə etdik,” o qeyd edib.

Politoloq GUAM dövlətləri arasında nəqliyyat dəhlizi barədə danışarkən deyib ki, nəqliyyat dəhlizi dedikdə daha çox Azərbaycanın Gürcüstan və Ukraynanın Qara dəniz limanlarından daha geniş istifadəsindən söhbət gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG