Accessibility links

Şahin Xiyavlı: Əvvəlki etirazlarda bu qədər itki olmamışdı


Şahin Xiyavlının dediklərinə görə, Amnesty International kimi beynəlxalq qurumlar son xalq etirazlarının qurbanları ilə bağlı məlumatları toplamaq üçün iranlı hüquq müdafiəçiləri ilə koordinasiyalı şəkildə çalışırlar.

Şahin Xiyavlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerikanın Səsinə danışan hüquq müdafiəçisi deyir ki, son xalq etirazları zamanı hakimiyyətin tətbiq etdiyi insan haqları pozuntuları keçmişdə baş verənlərlərlə müqayisədə daha ağır olmuşdur.

Yaşıl hərəkat dönəmində təcavüz və çeşitli işgəncə metodları kimi çox ciddi insan haqları pozuntularına şahid olduq. Son etirazlarda daha ağır olaylar baş verib.


“2017-ci ildə də iqtisadi etirazlar oldu. Amma onun nəticəsi bu qədər ağır deyildi. Bu qədər çox itki olmamışdı. Bu etirazlar çox fərqli idi. Xüsusilə İranın interneti kəsməsi insan haqları pozuntularının ilk addımı oldu,” Xiyavlı vurğulayır.

Amnesty International təşkilatının bildirdiyinə görə, İranda noyabrın 15-də başlanan kütləvi etirazlar zamanı əksəriyyəti məmurların açdığı atəş nəticəsində olmaqla, 200-dən artıq vətəndaş həlak olub.

Bəzi qurumlar ölənlər və saxlanılanların sayının daha artıq olduğunu önə çəkirlər. Şahin Xiyavlının sözlərinə görə “Amnesty International təşkilatına hələ də yeni məlumatlar gəlir.”

“Yaşıl hərəkat dönəmində çox ciddi insan haqları pozuntularına şahid olduq. Təcavüzdən tutmuş, çeşitli işgəncə metodlarına qədər. Bunların hamısı rejim tərəfindən İranda yaşayan millətlərə tətbiq edildi... Son etirazlarda daha ağır olaylar baş verib,” hüquq müdafiəçisi söyləyir.

Azərbaycan Milli Hərəkatı olaraq biz bunu öz içimizdə daha çox mənimsəməliyik. Türklərin yaşadığı bölgələrdəki etirazlarda hər hans bir şəxs tutulsa, biz, ona sahib çıxmalıyıq.

Müxtəlif insan haqları qurumları, Şahin Xiyavlının sözlərinə əsasən, son etirazlarda ölən və xəsarət alanlarla bağlı məlumatları əldə etmək üçün koordinasiyalı bir şəkildə çalışıblar:

“Beynəlxalq insan haqları qurumları, xüusilə Amnesty International koordinasiyalı bir şəkildə xaricdə yaşayan [İranlı] insan haqları fəalları ilə irtibata keçdi. Məsələn biz internetin kəsildiyi gündən onlara gələn və bizə gələn məlumatı toplayıb, onların doğru olub-olmadığını araşdırırıq. Biz Qaşqay Eli və Xorasanda yaşayan türklər, habelə türkmənlərə də müraciət edib və istədik ki, tutulan və ölənlərlə bağlı məlumatı bizə göndərsinlər ki, Amnesty ilə paylaşaq.”

Hüquq müdafiəçisi İran Azərbaycanında milli hərəkata mənsub fəalların da bu istiqamətdə faydalı fəaliyyətlər yürüdə biləcəklərinə diqqət çəkir.

“Azərbaycan Milli Hərəkatı olaraq biz bunu öz içimizdə daha çox mənimsəməliyik. Türklərin yaşadığı bölgələrdəki etirazlarda hər hans bir şəxs tutulsa, biz ona sahib çıxmalıyıq. Bəlkə bu insan milli fəaliyyətlərdə olmayıb, amma o etirazlarda tutulub,” Xiyavlı qeyd edir.

Hakimiyyətin etirazlardan sonra interneti bütünlüklə bloklamasına diqqət çəkən Şahin Xiyavlı əlavə edib ki, “bundan sonrakı proseslərdə həm insan haqları qrupları, həm də digər qruplar fərqli metodlar axtaracaqlar ki, bu kimi etirazlar baş verdiyində xəbərləri içəridən ala bilsinlər. Bu bir təcrübə oldu və mən düşünürəm ki, gələcəkdə fərqli çözüm yolları tapılacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG