Accessibility links

Şahzadə Harri və Meqan yeni doğulan oğulları barədə: "Bu, möcüzədir"


Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan çərşənbə günü dünyaya yeni gələn oğullarını dünyaya təqdim edib və onu “möcüzə” adlandırıb.

Qucağında ağ ədyala bürünmüş və ağ papaq taxan oğlunu tutan Harri və Meqan təxminən bir il öncə toy mərasimlərinin keçirildiyi Vindzor sarayının Seint Corc Zalında kiçik media qrupunun önünə çıxıb.

“Bu möcüzədir – bu çox gözəldir və mən dünyadakı iki ən yaxşı oğlana sahibəm, buna görə də çox xoşbəxtəm" - deyə, Meqan ana olmağın necə hiss olduğuna dair suala cavabında bildirib.

O, adının hələ ki, ictimaiyyətə açıqlanmadığı uşağın yaxşı yatdığını söyləyib.

Körpə bazar ertəsi səhər saatlarında 3.26 kiloqram çəkisində dünyaya gəlib. Doğumla bağlı başqa heç bir məlumat verilməyib.

“Valideyn olmaq möhtəşəmdir", Harri deyib. "Hələ ki, iki-üç gün keçib, amma biz o yavaş-yavaş böyüyərkən onunla vaxt keçirəcəyimizə görə çox həyəcanlıyıq”, Harri deyib.

Cütlük daha sonra sarayda 93 yaşlı Kraliça II Elizabetlə görüşəcəklərini bildirib.

Meqanın anası Doria Raqland cütlüklə birlikdə onların evində qalır.

XS
SM
MD
LG