Sasseks hersoginiyası Meqan və Böyük Britaniya şahzadəsi Harrinin bazar ertəsi günü övladı dünyaya gəlib.
Körpə Britaniya taxtına sahib olmaq üçün sırada yeddinci olacaq.
Rəsmi İnstagram hesabatında kral cütlüyü "2019-cu il mayın 6-ı səhər saatlarında ilk oğlan uşaqlarını salamladıqlarını yazıb. Yeni doğulmuş körpənin çəkisinin 3 kilo 200 qram olduğu bildirilib.
Hersoginiya və körpənin vəziyyəti yaxşıdır. Cütlük həyatlarının bu cür özəl gündə yanlarında onlarla birgə həyəcan keçirən və onları dəstəkləyən ictimaiyyət üzvlərinə təşəkkürlərini bildirib.
Kraliça Yelizavetanın nəvəsi, 34 yaşlı Harri və ABŞ-da doğulmuş 37 yaşlı keçmiş aktrisa Meqan ötən ilin may ayında Vindsor Qalasında evlənib.
Körpə ən uzun müddət taxtda olan 93 yaşlı kraliçanın səkkizinci nəticəsidir. Qaydalara əsasən onun Britaniya, həm də ABŞ vətəndaşlığını olacaq.
Bununla belə körpə avtomatik olaraq şahzadə olmur. Belə ki, bu titul ona kraliçanın patent məktubunu imzalamasından sonra verilir.
Körpənin valideynləri rəsmi olaraq Sasseks hersoq və herginiyası titulunu daşıyırlar.
İngiltərənin kral ailəsi həmişə medianın diqqət mərkəzindədir. Lakin gənc ailə üzvləri ilə, xüsusilə də Herri və Meqanla Hollivud ulduzları kimi davranırlar.