Accessibility links

Şamaxı İcra Hakimiyyətinin rəsmisi: “20-25 tikilidə qismən uçmalar qeydə alınıb”


Fevralın 5-də baş vermiş zəlzələ zamanı ölüm halları qeydə alınmayıb. Əsas dağıntılar və zəlzələnin nəticələri Şamaxı rayonu (Bakıdan 120 kilometr qərb) ərazisində olub.

Fevralın 5-də İsmayıllı və Ağsu rayonlarında 6 və 5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı
Zəlzələ nəticəsində dağıntı

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, zəlzələ bölgəsində 6 təcili tibbi yardım briqadası işləyib.

“Şamaxı rayonunda təcili yardıma 30 müraciət daxil olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. 1 nəfərin həyacandan dili tutulub. Həmin şəxsə yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir," mətbuat xidmətinin əməkdaşı bildirib.

Zəlzələnin episentrinə yaxın olan İsmayıllı və Ağsu rayonlarında həkimə müraciət edənlər olmayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində yaranan dağıntılara baxır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində yaranan dağıntılara baxır

Fevralın 6-da səhər saatlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəlib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yerli medianın yaydığı məlumatlara görə, dağıntılar əsasən Şamaxıda qeydə alınıb. İlkin məlumatlara görə, böyük uçqunlar olmasa da evlərin və tikililərin divarlarında qismən uçqunlar və çatlar var.

Təhsil Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda 4 məktəbdə çatlar əmələ gəlib.

Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmisi Təbriz Qəniyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda rayon ərazisində komissiya dəymiş ziyanı müəyyənləşdirir.

please wait

No media source currently available

0:00 0:01:19 0:00

“İlkin məlumatlara görə, təxminən 20-25 tikilidə qismən uçmalar, çatlar qeydə alınıb. Onlar da əvvəldən qəzalı vəziyyətdə olan evlər, hasarlar, yarımtikililər, tövlələrdir.”

Onun sözlərinə görə, zəlzələ nəticəsində əhali arasında ciddi xəsarət alanlar yoxdur.

“Zəlzələ zamanı panikaya düşənlər arasında zərərçəkənlər olub. Bir çox insanlarda həyəcandan təzyiq qalxıb. Onlara da ilkin tibbi yardım gösərilib,” icra hakimiyyətinin rəsmisi qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG