Accessibility links

Şamaxı rayon İcra Hakimiyyətinin əməkdaşında koronavirus aşkarlandığı bildirilir


Şamaxı şəhəri
Şamaxı şəhəri

Şamaxı Rayon İcra Hakimiyyəti (Bakıdan 123 kilometr qərb) əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib və bir nəfərdə analizin nəticələri müsbət çıxıb.

Yerli medianın məlumatına görə, analizi müsbət çıxan əməkdaş xüsusi rejimli xəstəxanaya yerləşdirlib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Şamaxı rayon İcra Hakimiyyətindən Amerikanın Səsinə bildiriblər ki, icra hakimiyyətinin əməkdaşları mayın 23-də testdən keçirilib.

“Testin nəticələrini hələ bilmirik. Amma hazırda icra hakimiyyəti başçısı və icra hakimiyyətinin əməkdaşlarının iş yerindədir,” icra hakimiyyətindən bildiriblər.

Bu gün, prezident İlham Əliyev Şamaxıya səfər edib. Səfərlə bağlı yayılan rəsmi fotolarda yerli icra hakimiyyətininn başçısı Tahir Məmmədov görünmür. Dövlət başçısına məlumatları onun köməkçisi Anar Ələkbərov təqdim edib.

Bununla yanaşı, rəsmi səhiyyə orqanları bu məlumata hələ münasibət bildirməyib.

Xatırladaq ki, karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halları bir neçə dəfə çoxalıb. Yalnız mayın 22-23-də Kürdəmir rayonunun Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG