Accessibility links

Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılmasına başlanılıb


Şamaxıda qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir. Bu barədə Şamaxı rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə Şamaxı şəhərində, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub.

Şamaxıda zəlzələnin nəticələri aradan qaldırılır
Şamaxıda zəlzələnin nəticələri aradan qaldırılır

“Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir,” xəbərdə qeyd edilir.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-də İsmayıllı və Ağsu rayonları (Bakıdan 170-190 kilometr qərb) ərazisində 6 və 5 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində episentrə yaxın olan Şamaxı rayonunda binalar və tikililərə daha çox ziyan dəyib.

Prezident İlham Əliyev fevralın 7-də Şamaxı rayonuna səfər edərək vəziyyətlə tanış olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG