Accessibility links

Şarlottsvil yürüşündən bir il keçir


Virciniya ştat rəsmiləri ağdərili millətçilərin ölümlə nəticələnin yürüşünün birinci ildönümündə Şarlottsvil şəhərində fövqəladə vəziyyət elan edib.

Ştatın qubernatoru Ralf Nirtham deyib ki, fövqəladə vəziyyət cümə günü qüvvəyə minəcək və bazar gününədək davam edəcək.

Qubernator fövqəladə vəziyyəti zorakılıqlara yol verildiyi halda Virciniya Milli Qvardiyası da daxil edilməklə, resusların səfərbərliyi üçün administrativ alət kimi qiymətləndirib.

Virciniya ştat polisinin rəhbəri Qari Settl deyib ki, 700 nəfərlik qüvvə həftə sonu boyu vəzifələrində olacaq və hər bir zorakılıq cəhdinin qarşı alınacaq.

"Unite the Right" yürüşü 2017-ci ildə təşkil edilmişdi. Ağ supremasistlər və neo-faşistlər ABŞ-ın vətəndaş müharibəsi zamanı Birləşmiş Konfederasiya Ordusunun komandiri Robert Linin heykəlini dağıtmağı planlaşdırırdı.

Yürüş zamanı əks-etirazlar baş qaldırmış, qarşıdurmalar zamanı ölənlər olmuşdu.

XS
SM
MD
LG