Şeytanın qolf meydançasında
Ölüm Vadisində, vaxtilə mövcud olmuş qədim gölün dibində qeyri-adi duz yataqları mövcuddur. Bu sahə duz kristallarının forma və teksturası baxımından iki fərqli növə ayrılır. Duz kristalları müxtəlif şəkillərdə 30sm-dən 70 sm-ə qədər yuxarı yüksələ bilirlər. Öz nizamsız quruluşları sayəsində onlar günəş və ay işığını əks etdirərək möhtəşəm mənzərə yaradırlar. Kənarları bıçaq kimi iti olan kristallar yay günü də heç nə ilə müqayisə edilməyən dərəcədə soyuqluq yarada bilirlər. Bu ərazidə rahat hərəkət etmək demək olar ki, mümkün deyil və yüksək keyfiyyətli, davamlı ayaqqabı tələb olunur. Buna görə də bu razi “Şeytanın qolf meydançası” adlanır.
Episodes
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?
-
Aprel 22, 2024
Kulinariya macərası - Oreqonun Food Cart-ları