Accessibility links

Şiə müsəlmanlar Qüds gününü qeyd edir


İran, İraq və Suriyada on minlərlə şiə müsəlman Qüds günü münasibətilə İsrail əleyhinə yürüşlər keçirib.

Etirazçılardan bəziləri İsrail və ABŞ bayraqlarını yandırıb, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirib.

Bu günün əsasını İslam respublikasının yaradıcısı Ayətulla Ruhullah Xomeyni fələstinlilərə dəstək, İsrailə müqavimət məqsədilə qoyub.

İran rəsmən İsraili tanımır.

Tehran Universitetinə cümə ibadətinə yığışan dindarlar Amerikaya qarşı, Vaşinqtonun səfirliyini Qüdsə köçürmək qərarını pisləyən şüarlar səsləndiriblər.

İraqda isə İranın dəstəklədiyi minlərlə şiə döyüşçü paytaxt Bağdadın mərkəzi küçəsində yürüşə çıxıb.

Suriya paytaxtı Dəməşqin küçələrində də İsrail əleyhinə şüarlar səsləndirilib.

XS
SM
MD
LG