Accessibility links

Şi Tsinpin: Tayvan müstəqilliklə bağlı fikirlərə son qoymalıdır


Çin prezidenti Şi Tsinpin deyir ki, Tayvan müstəqilliklə bağlı fikirlərə son qoymalı və qitə ərazisinin hissəsi olduğunu qəbul etməlidir.

Prezident Şi çərşənbə günü iki ölkə arasında diplomatik münasibətlərin bərpasına təkan verən tarixi “Tayvandakı həmvətənlərə mesaj” adlı nitqin 40-cı ildönümü ilə bağlı çıxışında Çinin Tayvanla bağlı uzunmüddətli siyasətini yenidən təsdiq etdi.

Şi Tsinpi, Çin prezidenti: “Çinlilər həmvətənləri olan digər çinlilərlə döyüşməməlidir. Biz dinc yolla yenidən birləşməyimiz üçün əlimizdən gələn hər şeyi edəcəyik. Çünki bu, bütöv Çin xalqının maraqlarına uyğundur. Biz güc istifadəsini də istisna etməyəcəyik və həmin tədbirləri ehtiyatda saxlayacayıq. Bu tədbirlərin hədəfi xarici müdaxilə və separatçı fəallardır. Bu tədbirlər Tayvandakı həmvətənlərimizə ünvanlanmayacaq.”

Şi çıxışını Tayvan prezidenti Tsai İnq-venin Çinin Tayvanın özünü idarə edən ada statusunu qəbul etməli olduğunu deməsindən və hər iki tərəfin arasında “dəyərlər və həyat tərzi” ilə bağlı fundamental fərqləri nümunə göstərməsindən bir gün sonra edib.

Çin və Tayvan 1949-cu il vətəndaş müharibəsindən sonra ayrılıblar. Həmin hadisələr Çay Kayşinin millətçi qüvvələrinin Mao Tszedun kommunistləri tərəfindən qitə ərazisindən çıxmalarına məcbur edilməsi və onların Tayvanda sığınması ilə nəticələnib.

XS
SM
MD
LG