Çin prezidenti Şi Tsinpinq müttəfiqi ilə əlaqələri möhkəmləndirmək üçün Şimali Koreyaya səfər edib.
Bu, 14 ildə Çin prezidentinin Şimali Koreyaya ilk iki günlük səfəridir.
Şi və Kim Conq Un danışıqlar zamanı ABŞ və Şimali Koreya arasında nüvə proqramını da müzakirə edə bilər.
Sabiq şimali koreyalı diplomat deyib ki, Şi Kim və ABŞ prezidenti Donald Tramp arasında vasitəçi qismində çıxış edir. Tramp bu ayın sonu Yaponiyanın Osaka şəhərində keçiriləcək Böyük 20-lərin sammitində Şi ilə görüməyi planlaşdırır.
Danışıqlardan əvvəl Şi hər iki ölkədə dövlət mətbuatı tərəfindən dərc edilən məqalədə Şimali Koreyanın Koreya yarımadasında problemləri həll etmə səylərini yüksək qiymətləndirib.
Şi və Kim ötən illərdə vaxtaşırı görüşüb. Şimali Koreya lideri bu illər ərzində Çinə dörd dəfə səfər edib.